Yuxarı

Ərdoğandan Baydenə Gülən xəbərdarlığı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fətullah Gülən hələ də yaşadığı ərazidən şəbəkəsini idarə edir. Bu şəxs nəzarət altına alınması üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılmalıdır.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ vitse-prezidenti Co Baydenlə görüşündə deyib.

"Bizim ilk istəyimiz FETÖ şəbəkəsinin liderinin ölkəmizə təhvil verilməsidir. Bununla bağlı 85 qutu sənəd göndərmişik. ABŞ-la aramızda olan cinayətkarların ekstradisiyası razılaşmasına görə, bu kimi günahkar şəxslər ən azı nəzarətdə saxlanılmalıdır. Bu şəxs hazırda da şəbəkəni idarə edir", - Ərdoğan bildirib.

Bayden də öz növbəsində türk liderin həssaslığını anladığını və Gülənin ekstradisiya məsələsi ilə bağlı araşdırmaların getdiyini vurğulayıb:

"Gülənin təhvil verilib-verilməyəcəyi yalnız məhkəmələrin qərarından asılıdır. Türk xalqı da bunu bilməlidir. Güləni qorumaq üçün xüsusi səbəb yoxdur".

Xatırladaq ki, Co Bayden ötən gün Türkiyəyə səfərə gəlib.

Tarix
2016.08.25 / 00:51
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla