Yuxarı

Lənkəran sakinləri narkotikə görə saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi tərəfindən keçirilən növbəti əməliyyat-axtarış tədbirləri sayəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən iki Lənkəran sakini yaxalanıb.

APA-nın məlumatına görə, polis əməkdaşları Lənkəran şəhər sakini, 43 yaşlı Samil Muradxan oğlu Əliyevin idarə etdiyi VAZ-2107 markalı, 90 ZB 670 dövlət nömrə nişanlı minik avtomobilinə baxış keçirərkən onun saxlanc yerindən selofan torbaya bükülmüş 40 ədəd kibrit qutusunun içərisində ümumilikdə 150 qram narkotik vasitə olan marixuana aşkar edərək götürüblər.

Rayonun Kərgəlan kənd sakini, 31 yaşlı Siyavuş Zakir oğlu Abbasovun yaşadığı evə baxış keçirilərkən oradan daha 1 kq 260 qram. marixuana aşkarlanaraq götürülüb.

Araşdırmalardan məlum olub ki, aşkar edilən və ümumi çəkisi 1 kq 400 qramdan çox olan marixuananı S.Abbasov əvvəlcədən əlbir olaraq Ş.Əliyevin yaşadığı Kərgəlan kəndindəki həyətyanı torpaq sahəsində əkib-becəriblər.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.08.25 / 01:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla