Yuxarı

Lənkəranskinin istintaqında şok - Adlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur avtoritet Rövşən Lənkəranskinin İstanbulda qətlə yetirilməsi ilə bağlı bəzi detallar ortaya çıxıb.

Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulda aparılan istintaq çərçivəsində 2013-cü ildə törədilən bir cinayətin üstü açılıb.

İstintaq çərçivəsində oteldən çıxarkən gülləbaran edilən avtomobilin sürücüsü, iş adamı Tahir C. həbs edilib. Rövşənin oteldə Tahirlə görüşdüyünü və gizli bir toplantı keçirdiyini müəyyən edən polis Lənkəranskinin digər yaxın adamları - Hacıbaba T., A.N. və Z.İ.-nin şahid qismində ifadələrini alıb.

Ancaq şahidlərin ifadələri alınarkən Hacıbaba T.-nin 18 avqust 2013-cü ildə Baxçaşəhərdə azərbaycanlı iş adamı Əli Həmidovu öldürdüyü məlum olub. Qətlin sifarişinin isə Rövşən Lənkəranski tərəfindən verildiyi bildirilir.

Hacıbaba T-nin digər cinayətlərinin araşdırılması üçün türk polisi Rusiya xüsusi xidmət orqanları ilə əlaqə yaradıb.

Digər tərəfdən polis Rövşən Lənkəranskinin qatillərinin tapılması istiqamətində araşdırmaları davam etdirir. Son məlumatlara görə, Lənkəranskinin qətlinin sifarişi Moskvadan verilib. Şübhəlilər arasında Laşi Ş., Yuri P., Vasili H. və Nadir S. (Lotu Quli) adlı mafiya başçıları yer alır.

Tarix
2016.08.25 / 10:01
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla