Yuxarı

Avtomobil yolunun tikintisi başa çatdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonu Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azəravtoyol ASC tərəfindən sözügedən yolun tikintisi işləri yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla aparılaraq yekunlaşdırılıb.

Qurumdan Axar.az-a verilən məlumata görə, Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun uzunluğu 6 km-dir və II texniki dərəcəyə uyğun olaraq tamamilə yeni tras üzrə layihələndirilib.

Layihəyə uyğun olaraq sözügedən yolun hərəkət hissəsinin eni 9 m, hərəkət zolaqlarının eni 3,75 m, çiyinlərin eni 3 m, torpaq yatağının eni isə 15 m-dir. Yolda eninə maillik hərəkət hissəsində 2%, çiyinlərdə isə 4%-dir.

Əsasın alt layı – optimal çınqıl qarışığı, qalınlığı 24 sm, əsasın üst layı optimal qırmadaş qarışığı, qalınlığı 16 sm və asfalt-beton örtük 3 laydan ibarət qalınlığı 25 sm olmaqla yol geyiminin konstruksiyasının qalınlığı 65 sm təşkil edir.

Layihəyə uyğun olaraq yolun 1,68 km-də Balhari çayı üzərində 3 aşırımlı, uzunluğu 81,3 m olan avtomobil körpüsü inşa edilib. Bundan başqa 7 yerdə ümumi uzunluğu 170 m olan dairəvi boru, 3 yerdə düzbucaqlı ümumi uzunluğu 73 m olan boru, 2 yerdə ümumi uzunluğu 47 m olan düzbucaqlı su keçidi, həmçinin 9 yerdə yol birləşmələri və biri dairəvi olmaqla 3 yol kəsişməsi inşa edilib.

Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə 18 780 m uzunluğunda yol cizgi və yol göstərici xətləri çəkilib, zəruri olan yerlərdə 30 işıq dirəyi, 186 ədəd yol təhlükəsizlik dirəkləri, 94 ədəd müxtəlif yol nişanları quraşdırılıb, həmçinin tikinti sahəsinə düşən 376 m qaz və su borusunun köçürülməsi işləri aparılıb.

Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisində məqsəd M-3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolu ilə, R-43 Biləsuvar-İran sərhədi və R-42 Bəhramtəpə-Biləsuvar avtomobil yollarını birləşdirərək Biləsuvar rayon mərkəzinə daxil olmadan dairəvi yol kimi yük və sərnişin daşımasını təmin etməkdir.

Eyni zamanda sözügedən yol vasitəsi ilə 10 mindən artıq əhalisi olan Əsgərabad, Muğan və Çaylı yaşayış məntəqələrinə də avtonəqliyyat xidməti təmin ediləcək. Qeyd edək ki, bundan öncə bu yaşayış məntəqələrinə avtonəqliyyatın hərəkəti ancaq Biləsuvar şəhərinin daxili yolları vasitəsi ilə təşkil olunurdu.

Tarix
2016.08.25 / 13:00
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla