Yuxarı

Türkiyə: “Rusiya və ABŞ-a məlumat verdik”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Müdafiə naziri Fikri İşıq Azad Suriya Ordusuna ciddi dəstək verdiklərini açıqlayıb.

Axar.az xəbər verir ki, Cerablus əməliyyatlarına dair NTV-nin suallarını cavablandıran nazir əməliyyatlardan öncə Rusiya və ABŞ-a məlumat verildiyini deyib:

"Azad Suriya Ordusu nəzarəti tam ələ alana kimi orada qalmalıyıq. Bizim iki məqsədimiz var: bölgənin İŞİD-dən tamamilə təmizlənməsi və İŞİD-in yerinə bölgəyə PYD-nin gəlməsini əngəlləmək. PYD mütləq Fəratın şərqinə çəkiləcək. Bu mövzuda ABŞ ilə danışıqlarda razılıq əldə olunub. Qarşıdan gələn 1 həftə ərzində PYD-nin bölgədən tamamilə çəkilməsi gözlənilir. PYD-nin sərhəd nəzarət bölgələrini birləşdirməməsi baxımından Cerablus çox önəmlidir.

Silahlı Qüvvələrin heç bir əsgəri yaralanmayıb. ASO-dan 2 şəhid və 2 yaralı var. Əməliyyatlarla bağlı Rusiya və ABŞ-a öncədən məlumat vermişik".

Qeyd edək ki, az öncə ABŞ Dövlət katibi Con Kerri Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğluna YPG-nin geri çəkildiyi barədə məlumat verdiyi xəbəri yayılıb.

Tarix
2016.08.25 / 18:13
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla