Yuxarı

Məşhur idman şərhçisi vəfat etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur sovet basketbolçusu Nina Yeremina dünyasını dəyişib.

APA-nın məlumatına görə, idman şərhçisi və REN TV-nin sabiq aparıcısı 82 yaşında vəfat edib.

Son günlər o, Moskva ətrafında bağ evində yaşayırmış. Onun həyat yoldaşının çağırdığı həkimlər bildiriblər ki, sabiq basketbolçu öz əcəli ilə dünyasını dəyişib.

Qeyd edək ki, Yeremina karyerasına 16 yaşında Moskva "Dinamo"sunda başlayıb. 1960-cı ildə Avropa çempionatında Bolqarıstanla görüşdə sona 3 saniyə qalmış məhz onun atışı SSRİ komandasına qızıl medal qazandırıb. 4 qat SSRİ, 2 qat Avropa çempionu olan Yeremina bir dəfə də dünya çempionatının qalibi adını qazanıb.

1961-ci ildə o ilk dəfə idman şərhçisi kimi efirə çıxıb. Yeremina 4 Yay Olimpiya Oyunlarından reportajlar hazırlayıb. Bu reportajlarda sovet basketbolçuları iştirak ediblər. O, 18 il 1-ci kanalda efirə çıxan "Vremya" verilişində azarkeşlərə idman yeniliklərini çatdırıb. Bundan sonra REN TV-də "Sport-Kuryer" verilişini aparıb. 2000-ci ildə Yeremina Vladimir Menşovun "Allahların həsədi" filmində öz obrazını oynayıb.

Tarix
2016.08.25 / 21:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla