Yuxarı

Qriqorçuk: “Qəbələ”yə sevgim o qədərdir ki...”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 20 dəqiqədə sakitliyimi qorumaq istədim. Emosiyaya qapılmadım.

Qol.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Maribor"la görüşdən sonra deyib.

"Qəbələ"ni ardıcıl 2-ci il Avroliqanın qrup mərhəəsinə daşıyan ukraynalı mütəxəssis matçdan sonra "CBC-Sport"a verdiyi açıqlamada komandasının səhvlər etdiyini bildirib: "Psixoloji hazırlıq baxımında böyük iş gördük. Amma oyun baxımından çatışmazlıq vardı. Oyunçular səhvlər edirdilər. Fasilə dedim ki, bunları aradan qaldırmaq lazımdır".

Qriqorçuk ötənilki ilə indiki komandasını müqayisə etmək istəməyib: "İki ildir eyni ssenari üzrə işləyirik. Bu mövsüm komandanı yenilədik. Mənim "Qəbələ"yə sevgim o qədərdir ki, ötənilki ilə indiki komandanı müqayisə edə bilmirəm. Çalışacağıq daha da inkişaf edib, yaxşı nəticələr qazanaq. Səbirsizliklə qrupdakı ilk oyunu gözləyirik".

"Qəbələ"nin çalışdırıcısı sonda heyəti gücləndirməli olduqlarını vurğulayıb: "Desəm ki, transfer olmayacaq, gülməli çıxar. Hazırda komanda 2 futbolcu lazımdır ki, bunun da biri hücumçu olmalıdır. Yeni oyunçuları rəqabəti gücləndirməlidirlər. Amma kor-koranə transfer də etməyəcəyik".

Tarix
2016.08.26 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla