Yuxarı

Heminquey və Kastronun sevgilisi - İspan aktrisa

Ana səhifə Kult Sinema
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspan aktrisa Sara Monteli dövrünün ən məşhur aktrisalarından olub.

Axar.az Sara Monteli haqda yazını Samirə Əşrəfin tərcüməsində təqdim edir:

Monastırdan akademiyaya gedən yol…

Sara Monteli 1928-ci il martın 10-da İspaniyanın Syudad-Real şəhərində yoxsul və katolik inanclı çoxuşaqlı ailədə doğulub. Orta məktəb təhsilini monastırda alan Saranın valideynləri onu rahibə kimi yetişdirməyə çalışıb. Valideynləri onu əzizləyərək həmişə Sarita deyə çağırardılar. O da öz növbəsində, valideynlərinə xüsusilə də, atasına çox bağlı olub. 5 yaşı olanda Sara artıq kilsə nəzdindəki xorda oxumağa başlayır. Bir müddət sonra isə fortepianoda çalmağı öyrənir. 11 yaşı olanda o, ən gənc iştirakçı kimi müsabiqəyə qatılaraq, münsiflər heyətinin qarşısında mahnı oxuyur. Münsiflər heyəti yekdil qərarla onu birinci elan edib heç bir imtahan vermədən musiqi akademiyasına qəbul edirlər. Sara musiqi akademiyasında təhsil ala-ala teatrdakı tamaşalarda oynayır, radiolarda çıxış edir. O, tezliklə məşhur rejissorların diqqətini özünə cəlb etməyi bacarır.

16 yaşında o, ilk dəfə "Mən səni özüm üçün sevirəm" filminə çəkilir. Elə həmin il ikinci film təklifi gəlir. "Hər şey toydan başladı" filmindən sonra Sara özünə Monteil təxəllüsünü götürür.

Bir il ərzində Sara üç filmdə rol alır və konsertlərə dəvət olunur. 1945-ci ildən 50-ci ilə qədər Sara Monteil 14 filmə çəkilir. Lakin zaman keçdikcə görür ki, onun filmdən qazandığı şöhrət təkcə öz ölkəsini əhatə edir. Belə olan halda o, ispan yazıçı Miqel Mixarın məsləhəti ilə Meksikaya köçməyi qərara alır. Meksikada beş il yaşayan Sara orada 13 filmə çəkilməyə nail olur. O, filmlərə çəkilməklə yanaşı, müğənnilik sənətini də tərk etmir, əksinə daha da təkmilləşdirir.

Hollivudun sirləri...

Meksikada işlədiyi müddətdə o, ABŞ rejissorlarının diqqətini cəlb edir və Saranı Hollivuda dəvət edirlər. 1954-cü ildə Sara məşhur Hollivud aktyorları Qeri Kuper və Bert Lankasterlə birlikdə "Vera Krus" filmində yer alır. Film aktrisaya o qədər uğur qazandırır ki, "Kolumbiya Pikçers" şirkəti aktrisa ilə 7 illik müqavilə bağlayır.

Həmin filmdən sonra Qeri Kuper aktrisaya aşiq olur. Onu sənət ilahəsi hesab edən aktyor bir müddət sonra aktrisanı ələ almağı bacarır. Onların adı xeyli müddət birlikdə hallanır.

1956-cı ildə aktrisa musiqili "Serenada" melodramında rol alır. Həmin filmdə Saranın tərəf-müqabili Amerikanın ən güclü tenoru, əslən italiyalı olan Mario Lanz olur. "Serenada" filmi də çox böyük tamaşaçı alqışı qazanır. Mario Lanzla Sara Monteil isə elə çəkiliş zamanı dostlaşırlar.
Bir il sonra Sara özündən 23 yaş böyük, əvvəllər də ailəli olan rejissor Entoni Mana ərə gedir.

Onların ailə həyatı bir müddət sonra süquta uğrayır. Elə həmin ərəfədə ispan rejissor Saranı "Sonuncu sətir" filminə çəkmək üçün İspaniyaya dəvət edir. Həmin dəvəti qəbul edən aktrisa vətəninə qayıdır. Film ona beynəlxalq uğur qazandırır. Film təklifləri hər tərəfdən axın etməyə başlayır. Bu qədər uğurdan sonra Sara Hollivuda qayıtmaq fikrindən vaz keçib vətənində qalmağa qərar verir. Mətbuat onu İspaniyanın Bricit Bardosu adlandırır. Zaman keçdikcə Sara Monteil öz ölkəsinin mahnı və rəqslərini bütün dünyaya yamağa nail olur.

"Sonuncu sətir" filminin misilsiz uğurundan sonra Hollivud aktrisaya cəmi dörd filmdə çəkilmək üçün milyonlar təklif edir. Onun növbəti filmi "Bənövşə satıcısı" olur. Daha sonra o, "La Violetera" adlı musiqi albomu hazırlayır.

1960-cı ildə rejissor Luis Sesar Amadori onu "Mənim sonuncu tanqom" adlı filmə çəkir. Sara həmin filmdə məşhur fransız aktyoru Moris Rone ilə tərəf-müqabili olur.

Bundan sonra aktrisa 1962-cil ildə "Şanteklera", "Gözəl Lola", 1971-ci ildə "Varyete" filmlərinə çəkilir. Onu artıq İspaniyada "melodramın şahzadəsi" adlandırırlar. Filmlərdən və albomlardan qazandığı uğur onu bütün kino və musiqi siyahılarında lider edir. Musiqi albomları hər yerdə satışı rekordu qırır.

1972-ci ildə Sara Monteil Los-Anceles şəhərinin Fəxri Vətəndaşı adına layiq görülür. Sonralar Çikaqo və Mayami kimi şəhərlərdə onun adını daşıyan ev muzeyləri açılır.

1974-77-ci illərdə Sara Monteil karyerasını dayandırdığı barədə mətbuata açıqlama verir. Kinodan ayrılmasının əsas səbəblərindən biri isə o idi ki, aktrisa filmlərinin bir çoxunda açıq-açıq səhnələrdə çəkilirdi. Lakin müəyyən yaş həddindən sonra o, belə rollara çəkilməkdən imtina edib yalnız teatr, televiziya və musiqi üzərində işləyəcəyini açıqlayır.

Dörd evlilik və övladlığa götürülmüş uşaqlar...

Sara Monteil gözəl olduğu qədər də təlatümlü həyat yaşayıb. Onun çoxsaylı sevgililəri olsa belə, aktrisa dörd dəfə ailəli olub. 1961-ci ildə rejissor Entoni Mandan ayrıldıqdan sonra aktrisa müəssisə sahibi olan Xose Visente Remiresə ərə gedir. Onlar 1964-cü ildə ailə qursalar da, 1970-ci ildə ayrılırlar.

1979-cu ildə Sara jurnalist Xose Touşla ailə qurur. Onu Xoseyə bağlayan xaraktercə atasına bənzərliyi olur. Xose Saradan yaşca xeyli böyük idi.

Bu nikahdan da aktrisanın övladı olmur. Lakin bu onların xoşbəxtliyinə mane olmur. Bir müddət sonra onlar iki uşağı övladlığa götürürlər. Tays adlı qız 1979-cu il təvəllüdlü Braziliya doğumlu olur. Teyl isə oğlan uşağı idi. O, 1982-ci ildə ispan ailəsində doğulmuşdu. Aktrisa müsahibələrinin birində qeyd edir ki, hər iki körpənin doğum prosesində iştirak edib və onları özü dünyaya gətirməsə də, özününkü hesab edir.

Sara və Xose çox yaxşı valideyn olur. Lakin 1992-ci ildə Xosenin qəfil ölümü ailəni kədərə qərq edir. Onun ölümündən sonra Sara və uşaqları uzun müddət özlərinə gələ bilmirlər.

2002-ci ilin əvvəllərində Sara dördüncü dəfə ailə qurur. Həmin vaxt aktrisanın 73, ailə qurduğu operator Antonio Ernandesin isə 38 yaşı olur. Üç il davam edən bu evlilik də 2005-ci ildə ayrılıqla nəticələnir.

Sara Monteilin həyatında başqa kişilər də olub. O, Nobel mükafatı laureatı Severo Oçero, şair Leon Felip, dramaturq Miqel Mixura ilə də sevgi münasibəti yaşayıb. Bəzi mənbələr onun hətta Ernest Heminquey və Fidel Kastro ilə dərin münasibəti olduğunu yazırlar.

Sara yazıçı Ernest Heminqueydən incəsənətin sirlərini öyrənməyə nail olub. Siqaret çəkməyi isə aktrisa ilk dəfə Fidel Kastrodan öyrəndiyini etiraf edib.

Sara Monteil 2013-cü il aprelin 9-da yaşadığı evdə ürək tutmasından 86 yaşında dünyasını dəyişib. Onun ölümündən sonra evi muzey kimi pərəstişkarlarının ixtiyarına verilib.

Tarix
2016.08.26 / 08:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla