Yuxarı

Alman ekspert: Türkiyə 4 müharibə içindədir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Henrix Böll Fondunun İstanbul nümayəndəliyinin rəhbəri, ekspert Kristian Brakel "Deuşləndfank" nəşrinə müsahibəsi zamanı Türkiyədə baş verən hadisələr və gedən proseslərlə bağlı danışıb.

Axar.az xəbər verir ki, ekspert Türkiyənin hərbi elitasının mövqeyinin uzun illər ərzində formalaşdığını bildirib:

"Türkiyənin problemi müxtəlif istiqamətli maraqlara sahib olmasındadır. Türkiyə həm İŞİD terror qruplaşmasından, həm də PKK terrorundan əziyyət çəkir. Onların iksinə birlikdə sinə gərmək olduqca çətindir. Buna görə də Türkiyə PKK ilə danışıqlara gedib onları dayandıra bilərdi. Çünki İŞİD tərəfi ilə bu variant mümkün deyil".

Brakel hesab edir ki, PKK-nın Suriyada irəliləməsinin qarşısını almaq üçün Türkiyə ABŞ-la daha sıx əməkdaşlığa getməlidir, lakin, hələ ki, buna nail ola bilmir.

Politoloqun fikrincə, İŞİD-in Türkiyədəki fəaliyyəti ölkədəki sabitliyi pozmaq məqsədi daşıyır:

"Türkiyədə törədilən bütün terrorların, o cümlədən, Qaziantep terrorunun məqsədi ölkədəki vəziyyəti mürəkkəbləşdirmək idi. Terrorçular artıq mövcud olan siyasi gərginlikdən istifadə etməyə çalışırlar və onu daha da pisləşdirirlər.

Görünən odur ki, hazırda Türkiyə dörd cəbhədə müharibə içindədir və uzunmüddətli perspektivdə Türkiyə bunu sonlandıra bilməyəcək".

Brakel Türkiyənin rəsmi Dəməşqə olan münasibətinə də rəy verib:

"Prinsipcə, Türkiyənin Suriyaya olan münasibətində heç bir köklü dəyişiklik müşahidə olunmur. Ankara hesab edir ki, Suriya Prezidenti Bəşər Əsəd getməlidir. Çünki Ankara müharibənin bitməsini istəyir, müharibənin əsas səbəbkarı kimi isə Bəşər Əsədi görür.

Mən düşünürəm ki, bu, yanlış yanaşmadır. Son iki ayda Türkiyənin xarici siyasətində dreyf müşahidə olunur.

Türkiyə dərk edir ki, onun indi ən böyük problem öz sərhədlərini möhkəmləndirməkdir. Suriyadan gələn qaçqınlar hazırda Türkiyənin öz sərhədlərini nəzarət altında saxlamağa maneçilik törədir.

İndi ötən 5 il ərzində ilk dəfə Türkiyə tərəfindən bildirilib ki, Prezident Əsəd müəyyən bir keçid dövrü ərzində hakimiyyətdə qala bilər. Bu ideyanı daşıyan bir Qərb dövləti artıq bu qərarından dönüb. Bu mövqeni hazırda yalnız İran və Rusiya sərgiləyir. Türkiyə sürətlə İran və Rusiya ilə yaxınlaşır. Prezident Ərdoğan, yəqin ki, bu həftə Tehrana səfər edəcək. Lakin Türkiyənin Səudiyyə Ərəbistanı ilə arasında mövcud olan asılılığı nəzərə alsaq, Türkiyə İranla çox da yaxınlaşa bilməyəcək".

Tarix
2016.08.26 / 08:30
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla