Yuxarı

“Prezident məhz buna görə…” – Vitse-prezidentlik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər çox vacibdir və bu addımlar zamanın tələbindən irəli gəlir. Həyata keçirilən konstitusiya islahatları isə olduqca zəruridir. Bu baxımdan vitse-prezidentlik institutunun yaradılması prosesi yeni intensiv yanaşma vəd edir. Ölkə başçısı da məhz buna görə belə bir təkliflə çıxış edib.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib. Millət vəkili hesab edir ki, vitse-prezidentlik institutunun yaradılması vaxtında verilən bir təklifdir və gedişata da uyğundur:

"Hazırda Azərbaycanın iqtisadi uğurları onu göstərir ki, biz daha intensiv işləməliyik. Vitse-prezidentlik institutunun yaradılması prosesi yeni intensiv yanaşma vəd edir. Ölkədə gedən iqtisadi proseslər, dünyada artan nüfuzumuz göstərir ki, bir sıra problemlər nə qədər tez həll olunarsa, bu, bir o qədər Azərbaycanın maraqlarına uyğun olar".

Millət vəkili ölkə başçısının sərəncamına əsasən, konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər fonunda Nazirlər Kabinetinin hazırkı fəaliyyətinə də münasibət bildirib:

"İndiyə kimi kifayət qədər uğurlu işlər görülüb və bu proses davam edir. Ancaq günün tələbi tamamilə başqadır. Konstitusiyaya edilən əlavə və dəyişikliklər fonunda vitse-prezidentik institutunun yaradılması çox müsbət haldır. Ona görə də daha uğurlu əməliyyatların həyata keçirilməsinə ehtiyac var. İndi elə bir məqamdır ki, bütün bunlar yeni formada aparılmalıdır. Hazırda dünyada gedən qloballaşmada Azərbaycanın regionda artan nüfuzu adi hal deyil. Bunlar çox ciddi hadisələrdir. Görünür, böyük siyasətdə elə hallar var ki, daha intensiv yanaşma şərtdir. Yəni bu, əslində, normaldır. Nazirlər Kabineti bütün bu önəmli proseslərə daha çevik reaksiya verməyi bacarmadı. Ona görə bu məsələ gündəmə gəldi və zamanın tələbinə də uyğundur. Azərbaycan hazırda inkişaf yolundadır, həm də bir neft ölkəsidir. Dünyada neftin qiymətləri ilə bağlı problemlər yaşanır, ərazi bütövlüyü problemimiz hələ də həllini tapmayıb. Belə olan halda da Azərbaycanın daha çevik, vaxtında addımlar atması üçün bu institut təsis edildi".

Qeyd edək ki, iyulun 18-də Prezident İlham Əliyevin 2212 nömrəli Sərəncamına əsasən "Konstitusiyada dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilib. Layihənin mətninə bəzi dəyişikliklər edildikdən sonra ölkə Prezidentinin 2016-cı il 26 iyul tarixli 2241 nömrəli Sərəncamı ilə Referendum Aktının layihəsi ümumxalq səsverməsinə çıxarılıb, ümumxalq səsverməsi (referendum) isə 2016-cı il sentyabrın 26-na təyin edilib.

Hazırkı Referendum Aktı 29 bənddən ibarətdir.

Tarix
2016.08.26 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla