Yuxarı

FED faiz dərəcələrini qaldırmaq istəyir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini artırmağa yaxınlaşıb.

APA xəbər verir ki, FED-in iki rəhbər şəxsi ABŞ Mərkəzi Bankının növbəti iclasında faizlərin artırılması ilə bağlı qərar veriləcəyinə inandığını bildirib.

Kanzas ştatının Federal Ehtiyatlar Bankının rəhbəri Eşther Corc (Esther George) son 2 ayda məşğulluqda müşahidə olunan artımı əsas gətirərək ABŞ iqtisadiyyatında əmək haqlarının yüksələcəyini və bununla da istehlakın artacağını bildirib. Federal Açıq Bazar Komitəsində (FOMC) səsvermə hüququna malik olan E.Corc qeyd edib ki, bu ilin I yarısında ABŞ-da iqtisadi artım zəif olub. O, istehlakda artımın müşahidə olunması ilə bu ilin II yarısında ÜDM artımının sürətlənəcəyinə inandığını vurğulayıb. Onun fikrincə, bu ilin ikinci yarısında ABŞ iqtisadiyyatında 3%-lik artım olacaq ki, bu da son nəticədə bu il üzrə 2%-lik artıma səbəb olacaq: "Fikrimcə, artıq faizlərin artırılmasının zamanı gəlib. Faiz dərəcələrinin mərhələli olaraq artırılmasının tərəfdarıyam. Amma bunun üçün məşğulluğun daha da artması və inflyasiyanın sabit olması lazımdır".

Dallas ştatının Federal Ehtiyatlar Bankının rəhbəri Robert Kaplan da iqtisadiyyatın məşğulluq sahəsində müsbət tendensiyaların müşahidə olunduğunu vurğulayaraq tələbatın artmasının sayəsində bu ilin II yarısında ABŞ-da ÜDM-in artacağını bildirib. Əmək bazarında vəziyyətin yaxşılaşdığını deyən R. Kaplan yaxın gələcəkdə faizlərin artırılacağına işarə edib.

Qeyd edək ki, indi bazarlar və investorların diqqəti FED Janet Yellenin Vayominq ştatında (Wyoming) iqtisadi siyasətlə bağlı ənənəvi illik konfransında çıxışına yönəlib.

Tarix
2016.08.26 / 11:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla