Yuxarı

Ərəbistandan nefti bahalaşdıracaq açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya üzrə neft hasilatının dondurulmasına müsbət yanaşırıq.

APA-nın məlumatına görə, bunu Səudiyyə Ərəbistanının neft naziri Xalid Əl-Falih deyib. O, neftin dondurulmasının hasilatın azalmasına gətirib çıxarmayacağını bildirib.

Neft naziri qeyd edib ki, OPEC-in gələn ay Əlcəzairdə keçiriləcək iclasında iştirak edəcək. İclasda neft istehsalının mövcud səviyyələrdə saxlanılması, neft istehsalçılarının bazar şərtləri müzakirə olunacaq. Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEC-in bəzi üzvlərinin aprel ayında Qətərin paytaxtı Doha şəhərində keçirilmiş toplantısında istehsalın dondurulması təkliflərini rədd edib.

Xatırladaq ki, bu ilin may ayından Səudiyyə Ərəbistanın neft naziri vəzifəsini icra etməyə başlayan X. Əl-Falih müsahibələrinin birində bildirib ki, həmkarlarının neft hasilatı ilə bağlı fikirlərini öyrənmək istəyir. Bununla belə həmin vaxt o, bu məsələ ilə bağlı təcili müdaxiləyə ehtiyacın olmadığını deyərək istehsalın azaldılmasının tərəfdarı olmadığını bəyan edib.

Tarix
2016.08.26 / 11:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla