Yuxarı

Müğənni oğlunun polisə hücumunu təsdiqlədi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi davadır da, hamıda olur, bir yanlışlıq olub, dalaşıblar.

Axar.az xəbər verir ki, bu sözləri əməkdar artist Əli Mirəliyev oğlunun yol polisi ilə dalaşması barədə yayılan xəbərləri şərh edərkən deyib.

Müğənni faktı təsdiqləməklə bərabər, hadisənin səbəblərinə də aydınlıq gətirib:

"İndi davadır da, hamıda olur, bir yanlışlıq olub, dalaşıblar. Sonra da barışdılar, hər şey yaxşıdır. Oğlum da evdədir. Böyüdüləcək bir şey yoxdur. Kişilər arasında olur belə şeylər".

Qeyd edək ki, azxeber.com saytı Səbail rayon ərazisində DYP əməkdaşının qaydanı pozan sürücünü – Əli Mirəliyevin oğlunu saxladığını bildirib. Qaydanı pozmadığını iddia edən sürücü yol polisi ilə mübahisə etməyə başlayıb və tərəflər əlbəyaxa davaya keçiblər. İddiaya görə, müğənninin oğlu bıçaq çıxarıb, ancaq özünə xəsarət yetirib.

Hadisə yerinə gələn Post Patrul Xidmətinin (PPX) əməkdaşları sürücünü tutaraq polis bölməsinə aparıblar.

Tarix
2016.08.26 / 14:11
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla