Yuxarı

Ərdoğan Malazgirt qələbəsini bayram edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt qələbəsinin 945-ci ildönümü münasibəti ilə təbrik mesajı verib.

Axar.az xəbər verir ki, Ərdoğan türk millətinin hər zaman birlik və bərabərlik içində bütün çətinlikləri arxada qoyacağını, sülh və sabitliyə qəsd edənlərə lazımi cavabı verəcəyini deyib:

"Anadolunun əziz millətimin vətəni olmasına səbəb olan Malazgirt qələbəsinin ildönümünü bayram edirəm. Siyasi, hərbi nəticələri ilə türk və dünya tarixinə damğa vuran Malazgirt qələbəsi fərqli inanc, dil və mədəniyyətin birgə yaşadığı dövrün başlanğıcı olub. Anadolunun qapılarını türklərə açan, ədalətli və mərhəmətli idarəçilik anlayışı ilə tarixə keçən Sultan Alparslan əsrlər boyu davam edəcək ortaq yaşam mədəniyyətinin təməlini qoyub. Bu gün bizi güclü edən, qarşımıza çıxan hər cür çətinliklərlə mübarizədə əzmimizi artıran, fərqliliklərimizə baxmayaraq, bir bütün olmağımızı təmin edə qətiyyət, 1071-ci ildə sərgilənən qətiyyət və o günə hakim olan şüurun bu günki əksidir.

Bu düşüncələrlə Malazgirt qələbəsinin ildönümündə böyük komanan Sultan Alparslanı və əziz şəhidlərimizi rəhmət və minnətlə yad edir, bütün vətəndaşlarımı ən ülvi duyğularımla salamlayıram".

Xatırladaq ki, Malazgirt döyüşü 1071-ci il avqustun 26-da Səlcuqlar və Bizans arasında baş verib. Döyüşdə qalib gələn tərəf Səlcuqlar olub və Anadolu fəth edilib.

Malazgird döyüşündən sonra erməni və gürcülərə havadarlıq edən Bizansın mövqeyi əhəmiyyətli dərəcədə sarsılıb.

Bağdad xəlifəsi Malazgirddəki qələbə münasibətilə Alparslanı təbrik edərək onu "Ərəb və Əcəm hökmdarı", "Müsəlmanların xilaskarı" və "İslamın nuru" adlandırıb.

Tarix
2016.08.26 / 14:38
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla