Yuxarı

Sürücüyə 9 milyon kredit verilib - Məhkəmə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə fasilədən sonra davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə C. Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmə prosesinin sürətli keçirilməsinə etiraz edib, bu səbəbdən hüquqlarını müdafiə etdiyi şəxslərlə məsləhətləşə bilmədiklərini deyib.

Sonra təqsirləndirilən Anar Sultanov ifadəsində bildirib ki, 1997-ci ildən 2004-cü ilə qədər Beynəlxalq Bankda müxtəlif vəzifələrdə çalışıb, 2004-dən 2014-cü ilə qədər isə bankın Mərkəzi filialının rəhbəri olub. O əlavə edib ki, qaydalara görə, baş idarənin göstərişi olmadan təminatsız 2000, təminatlı isə 5000 min manat kredit vermək səlahiyyəti olub: "Amma bu rəqəmdən yuxarı məbləğlər Kredit Komitəsi və İdarə Heyətinin qərarı ilə ayrılırdı. Baş idarə qərar verəndən sonra kredit ayrılması məsələsində filial daha çox texniki rol oynayırdı. İdarə Heyətinin qərarları mənim üçün məcburi xarakter daşıyırdı".

O, ibtidai istintaqa verdiyim ifadələrini təsdiqlədiyini də bildirib.

Sonra A. Sultanov prokurorun suallarını cavablandırıb. Prokurorun "Cahangir Hacıyev və yaxınlarına plastik kartla limitsiz kredit verilirdimi" sualına cavabında A. Sultanov deyib ki, İdarə Heyəti nə qərar veribsə, onu icra ediblər. O bu işlə bağlı Cahangir Hacıyevdən göstəriş aldığını etiraf edib.

A. Sultanov C. Hacıyevin sürücüsü Aydın Mehdiyevin adına kredit ayrılması ilə bağlı prokurorun sualını da cavablandırıb: "Aydın Mehdiyevin işləri çox olduğundan onun adına kreditin ayrılması ilə bağlı sənədləri baş idarəyə göndərmişəm. Ordan təsdiq gəldikdən sonra krediti vermişəm. Həmin kredit isə 2009-cu ilin avqustunda bağlanılıb".

Dövlət ittihamçısı sürücünün adına 9 milyon manat kreditin verilməsinin düzgün olub-olmadığını soruşub. A. Sultanov isə cavabında İdarə Heyətinin qərarına tabe olduğunu deyib: "Mən işlədiyim müddətdə heç bir dəstədə olmamışam, vəzifə səlahiyyətlərimi icra etmişəm və mənimsəməyə yol verməmişəm. İdarə Heyəti nə qərar qəbul edirdisə, biz onu icra edirdik".

C. Hacıyev də A. Sultanova müəyyən suallar verib və prokurorun adını sadaladığı şəxslərin - ailə üzvlərinin hansı filialın müştərisi olduğunu soruşub.

A. Sultanov da həmin şəxslərin Mərkəzi filialın müştərisi olduğunu və kreditlə bağlı nümunələrin də orada saxlanıldığını deyib. C. Hacıyev A. Sultanovdan ona hər hansı qanunsuz göstəriş verib-vermədiyini soruşub. A. Sultanov "xeyr" cavabını verib.

Sonra digər təqsirləndirilən İlqar Abdullayev ifadə verib. O qeyd edib ki, 2004-cü ildən bankda çalışıb, 2014-2015-ci illərdə Mərkəzi filialın müdiri olub: "Cahangir Hacıyevi yalnız bir dəfə - İdarə Heyətinin iclasında bu vəzifəyə təyin olunanda görmüşəm. Mən heç bir mütəşəkkil dəstənin üzvü olmamışam. Yalnız İdarə Heyəti sədrinin müavinlərinin tapşırığını yerinə yetirmişəm".

İ. Abdullayev də prokurorun suallarını cavanlandıraraq qeyd edib ki, 3 kredit müqaviləsində imzası olub: "Müqavilələrin hər üçünün eyni gündə imzalanması məhz təsadüfdür. Araşdırsanız görərsiniz ki, həmin kreditlərin verilməsi ilə bağlı qərarlar ayrı-ayrı vaxtlarda verilib".

Proses günün ikinci yarısında davam edəcək.

Qeyd edək ki, C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, "İnter Security" MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Tarix
2016.08.26 / 14:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla