Yuxarı

Bu sığorta şirkəti ləğv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 26 avqust 2016-cı il tarixli qərarına əsasən Alfa Sığorta ASC-nin sığorta fəaliyyəti üçün verilmiş lisenziyası ləğv edilib.

Palatadan Axar.az-a verilən məlumata görə, lisenziyanın ləğv olunmasına səbəb, son dövrlər "Alfa Sığorta" ASC-nin maliyyə vəziyyətinin kəskin pisləşməsi, aktiv və kapitalının itirilməsi, yetərli səviyyədə ehtiyat formalaşdırmaması və öhdəliklərini icra etməməsi olub.

Artıq bir müddətdir ki, "Alfa Sığorta"-dakı mövcud problemlərlə əlaqədar olaraq xüsusi nəzarət rejimi tətbiq edilirdi. Buna səbəb sığortaçının təsisçisi olan "Texnikabank"ın müflisləşməsi və bununla əlaqədar olaraq "Alfa Sığorta" ASC-nin maliyyə durumunun kritik vəziyyətə düşməsidir. Həmçinin, sığorta şirkətinin idarəetmə orqanlarının qeyri-prudent fəaliyyəti və qeyri-sağlam sığorta təcrübəsi "Alfa Sığorta"-nın maliyyə durumunun daha da pisləşməsi ilə nəticələnib.

Sığortaçının öhdəliklərini artırması və sistemə əlavə risklər ötürməsinin qarşısının alınması məqsədilə cari ilin aprel ayından onun İcbari Sığorta Bürosunda üzvlüyü dayandırılmış və bütövlükdə, aktiv satışlarının qarşısı alınıb.

Palata, aprel ayının sonundan "Texnikabank"ın ləğvedicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fondu ilə birlikdə Alfa Sığorta ASC-nin sığorta portfelinin satışı vasitəsi ilə sağlamlaşdırılmasına cəhd etsə də, sığortaçının yetərli likvid aktivlərlə təmin olunmuş ehtiyatlarının mövcud olmaması səbəbindən bu mümkün olmadı. Sığortaçıya əlavə kapital inyeksiyası olmadan onun maliyyə durumunun qanunvericiliyin tələbləri səviyyəsində bərpasının mümkün olmadığını və müflis təsisçisininsə belə imkanlarının olmamasını nəzərə alaraq MBNP Alfa Sığorta ASC-nin lisenziyasını ləğv edib.

Direktorlar Şurasının qərarı ilə Alfa Sığorta ASC-nə təyin olunan müvəqqəti inzibatçı 26 avqust 2016-cı il tarixdən vəzifələrinin icrasına başlayıb.

Alfa Sığorta ASC-nin bütün öhdəlikləri üzrə sorğular Xətai r-nu, Babək pr-ti, "Babək Plaza", Blok C ünvanında yerləşən müvəqqəti inzibatçıya göndərilə bilər.

Sığortalılar əlavə məlumat üçün Palataya (Tel: (012) 493-50-58 (dax. 414) və ya müvəqqəti inzibatçıya (Tel: (012) 440 07 07) müraciət edə bilərlər.

Tarix
2016.08.26 / 15:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla