Yuxarı

Aşıq Azərə donor tapıldı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur Azərbaycan aşığı, mərhum Aşıq Xanların oğlu, uzun müddətdir ağır xəstəliklə mübarizə aparan Aşıq Azər Xanlaroğluna qaraciyər əməliyyatı üçün donor tapılıb. Lent.az-ın yaydığı məlumata görə, aşığın Odessada yaşayan əmisi oğlu donorluq etməyə razılıq verib. Hazırda donorun vacib sayılan bəzi kriteriyalara cavab verib-vermədiyi araşdırılır. Şərtlər uyğun gəlsə, yaxın zamanda əməliyyat keçiriləcək.

Aşıq Azər Musavat.com-a bildirib ki, əməliyyat üçün əmisi oğlunun arıqlamasını gözləyir:

"Əmim oğlu Odessa şəhərindən gəlib, donor ola bilər. Bizim nəsildə artıq çəki problemi var. Əmim oğlu donor ola bilmək üçün 15-20 kilo arıqlamalıdır. İndi onu arıqlatmağa çalışırıq, mənim də müalicəm davam edir. Müalicəm dövlət hesabına Neftçilər Xəstəxanasında aparılır. Qənirə Paşayeva Səhiyyə Nazirliyinə müraciət etdikdən sonra onlar bu işə qol qoydular. Sağ olsun xəstəxananın həkimi Mircəlal bəy, müalicəmə ciddi yanaşır, əlindən gələni edir. Əmim oğlu arıqlasa, dərhal əməliyyat olunacağam".

Xanlaroğlu səhhətindəki son durum barədə də məlumat verib:

"Hazırda sistemlər köçürülür. Onlar məni ayaqda saxlayır. Qaraciyərimi uşaq qaraciyəri kimi qorumaq lazımdır. Ayağımdakı şiş xəstəliyi olduğu kimi qalıb, qaraciyərimi də o sıradan çıxartdı. Qaraciyərim dəyişəndən sonra ayağımla bağlı qərar veriləcək. Ayağımın müalicəsini heç bir həkim üzərinə götürmür. Hələ son durum necə olacaq, bilmirəm. Deyəsən, bu xəstəlik ömrümün sonuna kimi mənimlə qalacaq".

Qeyd edək ki, hepatit xəstəliyindən əziyyət çəkən aşığın hər iki ayağında fil xəstəliyi – kəskin şiş var. Onun xəstəliyinin müalicəsi İsraildə mümkündür və 60 min dollara başa gəlir. Aşıq Azər "Bank Respublika"da hesab açdırıb.

Ona yardım etmək istəyən şəxslər üçün həmin hesab nömrəsini təqdim edirik:

Bank Respublika kod - 380194401151751001
Şəxsiyyətin seriya nömrəsi - 14040620

Onu da bildiririk ki, bu hesaba MİLLİ ÖN terminalları vasitəsilə istənilən yerdən ödəniş etmək mümkündür.

Tarix
2016.08.26 / 17:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla