Yuxarı

FHN Lənkəranda təlim keçdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi avqustun 26-da Lənkəran rayonunun Liman şəhərində "Fövqəladə hallar zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və aparılması" mövzusunda taktiki-xüsusi təlim keçirib.

FHN-dən Axar.az-a bildiriblər ki, təlimin keçirilməsində əsas məqsəd şərti olaraq baş vermiş təbii fəlakət nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, əhalinin fövqəladə hadisə və həmin hadisə zamanı davranış qaydaları barədə məlumatlandırılması, növbətçi qüvvələr cəlb edilməklə hadisəyə çevik reaksiya verilməsi, əsas qüvvə və vasitələrin hazır vəziyyətə gətirilməsi, kəşfiyyat, axtarış-xilasetmə, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, yanğın baş vermiş obyektlərdə və qəzalı vəziyyətdə olan binada yanğınsöndürmə və xilasetmə əməliyyatlarının aparılması, zərərçəkənlərə ilkin tibbi yardım, fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində tədbirlərin həyata keçirilməsindən ibarət olub.

Təlim Liman şəhər Neft Bazasında və Liman şəhəri ərazisində yerləşən Lənkəran Balıq Kombinatının fəaliyyət göstərməyən binasında keçirilib.

Təlimə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin, Təcili təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Liman şəhər Neft Bazasının qüvvə və vasitələri cəlb olunub.

Sonda təlimə cəlb olunan qurumların fəaliyyətinə dair məruzələr dinlənilib və müzakirələr aparılıb.

Tarix
2016.08.26 / 19:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla