Yuxarı

Nazirlik kollegiya iclası keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib. İclasda ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, respublikamızın hərtərəfli inkişafının, sabitliyin və təhlükəsizliyin təmin olunması vurğulanıb, demokratik hüquqi dövlət quruculuğunda, xüsusilə məhkəmə-hüquq islahatlarında nailiyyətlər qeyd olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, tədbirdə ölkə başçısının ədliyyə və məhkəmə sisteminə göstərdiyi daim yüksək diqqət və qayğısı vurğulanaraq bu il dövlət qulluqçularının peşə bayramı ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuş bir qrup məhkəmə işçisinə ədliyyə naziri Fikrət Məmmədov tərəfindən həmin medallar təntənəli şəkildə təqdim edilib.

Təltif olunanlar əməklərinə verilən yüksək qiymətə və göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə edib, məhkəmə və ədliyyə sisteminin tərəqqisi naminə bundan sonra da layiqincə fəaliyyət göstərəcəklərini bildiriblər.

Kollegiyada Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı ilə bağlı ədliyyə orqanlarının üzərinə düşən vəzifələrin icrası üzrə məlumatlar dinlənilib, referenduma hazırlıqla əlaqədar aidiyyəti tapşırıqlar verilib.

Kollegiyada 2016-cı ilin birinci yarısında ədliyyə orqanları tərəfindən görülmüş işlərin nəticələri təhlil edilib, ədliyyə fəaliyyətinin ayrı-ayrı sahələri üzrə həyata keçirilən tədbirlərdən bəhs olunub.

Eyni zamanda, qarşıda duran vəzifələr müzakirə edilib, o cümlədən qanunvericilik sahəsində işin yaxşılaşdırılması, elektron icra xidmətinin yaradılması, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin yeni qanunvericiliyə uyğun təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi, ədliyyə orqanlarına ictimai etimadın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər müəyyən edilərək müvafiq tapşırıqlar verilib.

İclasda qeyd olunub ki, nazirliyin mühüm fəaliyyət istiqamətlərindən olan məhkəmə qərarlarının icrası sahəsində ötən illərlə müqayisədə icra işlərinin sayının kəskin artması ilə əlaqədar müvafiq qanunvericilik yenilənib, icra xidmətinin strukturu, maddi-texniki bazası təkmilləşdirilib, icra baş idarəsinin rəhbərliyi möhkəmləndirilib. Həmçinin sənədlərin vaxtında və dürüst icrası, yerli icra qurumlarının əməkdaşlarının peşə hazırlığının artırılması, onlara metodiki köməkliyin gücləndirilməsi məqsədilə təsirli tədbirlər görülüb, o cümlədən "İcra haqqında" Qanunun Kommentariyası hazırlanıb.

Kollegiyada Ədliyyə Akademiyasının Elmi Şurasının tövsiyəsi ilə nəşr olunmuş həmin kitabın təqdimatı keçirilib. "İcra haqqında" Qanunun tətbiqi ilə bağlı yaranan nəzəri və praktiki məsələlərin ətraflı şərhində və mövcud boşluqların aradan qaldırılmasında mühüm töhfə olan Kommentariya hər bir icra məmurunun gündəlik fəaliyyətinə yardımçı olmaqla onların stol üstü kitabına çevriləcək, eyni zamanda, gənc hüquqşünaslar üçün dəyərli əyani vəsait olacaq.

Bununla yanaşı, kollegiyada Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planına uyğun olaraq nazirliyin fəaliyyətində şəffaflığın təmin olunması, ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi üzrə görülən tədbirlər qeyd olunub, nəzərdə tutulan bütün 25 elektron xidmətin fəaliyyətinin tam təmin edildiyi və onların "ASAN xidmət" tərəfindən müsbət qiymətləndirildiyi vurğulanıb. Həmçinin dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq vətəndaşların müraciət imkanlarının asanlaşdırılması məqsədilə hazırlanmış bəzi elektron xidmətlərin inzibati reqlamentləri təsdiq olunub.

İclasda, həmçinin ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ sənədlərin yeni qanunvericiliyə uyğunlaşdırılması məsələlərinə baxılıb və bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

Tarix
2016.08.26 / 21:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla