Yuxarı

Nefti ilin sonuna kimi nə gözləyir? – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft ilin sonuna kimi 50 dollar intervalında bərqərar olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert neftin gələcək dünya bazar qiyməti ilə bağlı konkret proqnoz verməkdən çəkinsə də, ümumi tendensiyanı belə proqnozlaşdırıb:

"Neft ilin sonuna 50 dollar intervalında bərqərar olacaq. Təbii ki, müəyyən azalma və artımlar istisna edilmir. Sözsüz ki, neftin qiymətinə təsir edəcək faktorlar var. Bunlardan biri OPEK-in qəbul edəcəyi qərardır. Əgər OPEK hasilatın dondurulması ilə bağlı qərar qəbul edərsə, bu, nəticə etibarilə neftin qiymətinin stabilləşməsinə və müəyyən artımlara gətirib çıxaracaq. OPEK-in yenidən razılıq əldə etməməsi isə bazarda hasilatla bağlı bir qeyri- müəyyənlik formalaşdıra bilər. Bu halda isə neftin qiymətində kəskin azalmalar müşahidə edilə bilər".

İqtisadçının sözlərinə görə, 2016-cı ilin növbəti aylarında neftin dünya bazar qiymətində kəskin artımlar gözlənilmir:

"Nəzərə alaq ki, qiymətlərə ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) qərarı da təsir göstərir. Əgər növbəti dəfə uçot dərəcəsi artırılarsa, dollar möhkəmlənəcək. Bu isə neft ölkələri və neft bazarı üçün arzuolunan deyil. FES-in qərarı ilə yanaşı, OPEK-in mövqeyi çox önəmlidir. OPEK hasilatın dondurulması ilə bağlı anlaşma imzalayarsa, bu, bazarın stabilləşməsinə gətirib çıxara bilər".

Qeyd edək ki, sentyabrın 26-28-də Əlcəzairdə neft hasilatının "dondurulması" ilə bağlı Beynəlxalq enerji forumu keçiriləcək. Bundan öncə isə FES-in növbəti toplantısı gözlənilir. Bəzi FES rəhbərləri uçot dərəcəsinin artırılmasının tərəfdarıdır.

Tarix
2016.08.27 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kəndlərin qaytarılmasını alqışlayırıq - Mişel

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla