Yuxarı

ABŞ Rusiya ilə razılaşdı, Suriya düyünü açılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçrənin Cenevrə şəhərində Rusiya Xarici İşlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Con Kerri arasında görüş olub.

Axar.az xəbər verir ki, danışıqlar fasilələrlə 12 saatdan çox davam edib.

Görüşdən sonra keçirilən mətbuat konfransında Lavrov Rusiya və ABŞ-ın Suriya münaqişəsinin nizamlanması yolunda bir neçə vacib addım atdığını deyib:

"Biz konkret istiqamətlərdə aparacağımız işlərə dair razılığa gəldik. Bununla bağlı Rusiya Suriya hökuməti, ABŞ isə müxalifətlə işləyəcək. Regional tərəfdaşlarımız ilə isə hər ikimiz işləyəcəyik. Masada cüzi həll olunmayan, konkretləşdirməyə ehtiyac olan məsələlər qalıb. Bu məsələlər üzrə gələn həftə ekspertlər Cenevrədə görüş keçirəcək".

Rusiyalı diplomat Moskva və Tehranın Əsədin razılığı ilə Suriyaya daxil olduğunu bildirib:

"Hazırda Suriyada bir neçə ölkə öz hərbçiləri ilə təmsil olunur. Lakin onlar bunu Suriya rəhbərliyinin razılığı ilə etməyib. Rəsmi Dəməşqin razılığı ilə yalnız Rusiya və İran hərbi kontingenti yerləşdirilib. Reallıq budur".

Kerri də öz növbəsində görüşün məhsuldar keçdiyini açıqlayıb:

"Suriyada atəşkəs rejiminin pozulması adi hal alıb. Atəşkəs rejiminə yalnız kağızda əməl olunur. Odur ki, razılaşmaya yenidən baxılmalıdır".

Onun sözlərinə görə, danışıqlarda əsas mövzu Suriya böhranı olsa da, digər məsələlərə, o cümlədən, Ukraynadakı vəziyyətə də toxunulub.

Ayrıca Kerri rəsmi Vaşinqtonun vahid Suriyanın tərəfdarı olaraq kürdlərə müstəqillik verilməsini dəstəkləmədiyini bildirib.

"Biz vahid Suriya tərəfdarıyıq. Kürdlərin müstəqillik təşəbbüsünü dəstəkləmirik. Kürd qüvvələrinin bəzi nümayəndələri ilə işimiz məhdud əsasda aparılıb. Biz bunun Türkiyə üçün həssas məsələ olduğunu anlayırıq".

Tarix
2016.08.27 / 09:53
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla