Yuxarı

SOCAR 4 ölkə ilə memorandum imzaladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR ilə Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İon-Adriatik qaz boru kəməri (Ionian-Adriatic Pipeline - IAP) layihəsinin gələcəkdə tikintisi üzrə Anlaşma Memorandumu imzalanıb.

Azərtac xəbər verir ki, sənəd avqustun 25-26-da baş tutan Dubrovnik Forumu çərçivəsində imzalanıb.

Xorvatiyanın İqtisadiyyat naziri Tomislav Paneniç bu boru kəmərinin gələcəkdə Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcəyini bildirib. Monteneqronun iqtisadiyyat naziri Vladimir Kavariç və digər çıxış edənlər də layihənin əhəmiyyətini vurğulayıblar.

Qeyd edək ki, 2007-ci ildə Xorvatiya, Monteneqro və Albaniya Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan "Trans-Adriatik" qaz boru kəmərinə (TAP) qoşulması ehtimal edilən IAP üzrə bəyannamə imzalayıb. 871 kilometr uzunluğundakı TAP Yunanıstan, Albaniya və İtaliyaya Adriatik dənizi vasitəsilə Azərbaycanın "Şahdəniz-2" yatağından hasil olunan təbii qazı nəql etməlidir. İon-Adriatik qaz boru kəmərinin 516 kilometr uzunluğunda olması və Albaniyanın Fier şəhərində TAP-a qoşulması nəzərdə tutulur. Bu boru kəməri Albaniyadan başlayaraq Monteneqro, Bosniya və Herseqovinadan keçməklə Xorvatiyanın Split şəhərində başa çatacaq. Xorvatiyadan isə Macarıstan, Mərkəzi və Qərbi Avropa ölkələrinə təbii qaz nəql edilə bilər. Boru kəməri ilə ildə 5 milyard kubmetr qazın nəqli planlaşdırılır.

Tarix
2016.08.27 / 11:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla