Yuxarı

"Qəbələ" daha bir tarix yaza biləcəkmi?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

UEFA Avropa Liqasının qrup mərhələsinə adlayan "Qəbələ" Monakoda keçirilən püşkatmanın nəticələrinə əsasən "C" qrupunda 1/16 finala vəsiqə uğrunda "Anderlext" (Belçika), "Sent-Etyen" (Fransa) və "Mayns" (Almaniya) klubları ilə mübarizə aparacaq.

Axar.az xəbər verir ki, dairəvi sistemlə iki dövrədə keçiriləcək qrup mərhələsinin oyunları sentyabrın 15-də başlayacaq. "Qəbələ" komandasının rəqibləri və onların avrokuboklardakı nəticələri ilə tanış olun.

Ölkə çempionatında ötən mövsümü ikinci pillədə başa vuran "Anderlext" cari mövsüm avrokuboklara UEFA Çempionlar Liqasında başlayıb. Paytaxt futbolçuları qitənin ən nüfuzlu klub turnirinə üçüncü təsnifat mərhələsindən start verib. Burada Rusiyanın "Rostov" komandası ilə görüşən belçikalılar evdəki məğlubiyyətlə turnirlə vidalaşıb – 2:2, 0:2. UEFA Avropa Liqasının pley-offunda oynamalı olan komanda Çexiya "Sparta"sını hər iki qarşılaşmada böyük hesabla məğlub edib – 3:0, 3:0. İsveçrəli Rene Veylerin yetirmələri Belçika çempionatında ilk dörd turda yenilməyən komanda 8 xalla ikinci pillədə qərarlaşıb. Tarixi ərzində 33 dəfə ölkə çempionu olan "Anderlext" ev oyunlarını "Konstant van den Stok" stadionunda keçirir. Belçika futbolunun lideri Avropada da ölkəsini layiqincə təmsil edir. Qitə miqyasında qazanılan 5 titul da bundan xəbər verir. Avrokuboklarda 2 dəfə Azərbaycan klubları ilə oynayan "Anderlext" 2005-2006 mövsümündə "Neftçi" (5:0, 0:1), 2015-2016 mövsümündə "Qarabağ"la (0:1, 2:1) qarşılaşıb.

2015-2016 mövsümündə Fransa çempionatını altıncı yerdə başa vuran "Sent-Etyen" UEFA Avropa Liqasına üçüncü təsnifat mərhələsindən başlayıb. Əvvəl Yunanıstan AEK-i, ardınca İsrail "Beytar"ını mübarizədən kənarlaşdıran fransalılar hər iki rəqibini səfərdə məğlub edib. Evdə qolsuz heç-heçələrlə kifayətlənən Kristof Qaltiyenin yetirmələri səfərdə ilk rəqibini AEK-i 1:0, pley-offda isə "Beytar" üzərində 2:1 hesablı qələbə qazanıb. Fransa çempionatının yeni mövsümündə iki oyunda 3 xal toplayan komanda orta sıralarda qərarlaşıb. Oyunlarını "Joffrua Qişar" stadionunda keçirən Sent-Etyenin ən çox Fransa çempionu olan komandadır. İki il əvvəl UEFA Avropa Liqasının qrupunda "Qarabağ"a rəqib olan Fransa təmsilçisi iki xalla kifayətlənib – 0:0, 1:1.

Ötən mövsüm Bundesliqanı altıncı pillədə başa vuran Almaniya təmsilçisi "Mayns" isə UEFA Avropa Liqasının cari mövsümünə birbaşa qrup mərhələsindən start verəcək. Həmin nəticə baş məşqçi Martin Şmidtin yetirmələrinə tarixində dördüncü dəfə avrokuboklara vəsiqə qazandırıb. Mayns şəhərinin komandası bundesliqaya 2004-cü ildə yüksəlib. 2011 və 2014-cü illərdə Avroliqanın üçüncü təsnifat mərhələsindən başlayan "Mayns" hər iki cəhdində ilk turda mübarizəni dayandırıb.

Xatırladaq ki, "Qəbələ" birinci təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubunu (5:1, 1:2), ikinci təsnifat mərhələsində Macarıstanın MTK komandasını (2:1, 2:0), üçüncü təsnifat mərhələsində Fransa "Lill"ini (1:1, 1:0), pley-offda isə Sloveniya "Maribor"unu (3:1, 0:1) mübarizədən kənarlaşdırıb.

Tarix
2016.08.28 / 01:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla