Yuxarı

Bağırovun Zaqatala səfərinin gizlinləri...

Ana səhifə Digər Tarix
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalanın Qımır kəndi tarixi, piri, adlı-sanlı alimləri ilə məşhurdur.

Axar.az xəbər verir ki, bu kənd bir çox tarixi hadisələrə şahidlik edib.

Tədqiqatçı-yazıçı Paşa Yaqub Qımır kəndində xeyli məşhur insanın oraya baş çəkdiyini yazıb. Yazıçının Moderator.az-da yayımlanan məqaləsindən bir parçanı təqdim edirik:

"Kəndin mötəbər qonaqlarından biri də Mircəfər Bağırov olub. Azərbaycana rəhbərlik etdiyi dövrdə o, xalqın güzəranı və yerli rəhbərlərin əhaliylə necə davrandığını öz gözləri ilə görüb, şahid olmaq üçün tərki-libas olub, tez-tez bölgələrə gizli səfərlər edərdi. Belə səfərlərin birində Bağırov Qımır kəndinə gəlib çıxır. Kənd sakini Musa kişinin (el arasında ona "Baley Musa" deyərmişlər) qapısını döyüb, Allah qonağı olduğunu, gecələməyə yer verməsini ondan xahiş edir. Ev sahibi qonağı tanımasa da, Allah xatirinə onu evə dəvət edir və çay-çörək verir. Çörək yediyi müddətdə qonaq camaatın yaşayışına, rayon rəhbərlərinin davranışına dair çox sözlər soruşur; hamısına da düzgün və səmimi cavablar alır. Ev sahibi səhər yuxudan oyananda qonağın yatağını boş görüb, təcüblənir.

Bir neçə gündən sonra Zaqatalada işinin öhdəsindən gələ bilməyən və vəzifəsindən sui-istifadə edən bir neçə vəzifəli şəxs işdən azad edilir, bəziləri isə güllələnir.

Bu hadisələrdən sonra hamıya məlum olur ki, Baley Musanın qonağı Bağırov imiş. Daha sonra müəyyən dairələr qisas məqsədi ilə Musanı sürgünə göndərmək istəyəndə Bağıraov onu xilas edib".

Tarix
2016.08.28 / 10:18
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

İrəvan təsdiqlədi: Tarixi paytaxtımızda konsulluq açır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla