Yuxarı

Türkiyə yaylası: Bura cənnətdir, yoxsa Yer? – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pokut yaylası Türkiyənin Rizə vilayətinin Çamlıhəmşin rayonunda, dəniz səviyyəsindən 2050 metr yüksəklikdə yerləşir. Bəlkə də bu səbəbdən bəzi mobil operatorların yaylada şəbəkəsi tutmur, internet isə ümumiyyətlə yoxdur. Televiziyaya gəlincə, yalnız bəzi evlərdə var.

Axar.az Sey-yah.com-a istinadən xəbər verir ki, bura buludların əskik olmadığı yaşıl bölgədir.

Yaylanın bir tərəfindən Kaçkar və Altıbarmaq dağı, başqa tərəfindən isə Qara dəniz görünür. Hətta açıq havalarda buradan Elbrus dağının da göründüyü deyilir.

Buranın sakinləri şəhər mühitinə inteqrasiya etsə də, yayladan tamamilə əllərini çəkməyiblər. Nəticədə yayladakı evlər gözəl qorunub.

Yaylanın yaxınlarında bulaq, çay olmadığı üçün su problemi yaşanır. Adətən bələdiyyə tərəfindən su anbarları mütəmadi doldurulur.

Pokutda ən gözəl mənzərə dumanın yaylanı bürüdüyü vaxt olur. Bu vaxt "bulud dənizi"ni görə bilərsiniz. Yaylada gün ərzində soyuq, duman, yağış və günəşlə qarşılaşa bilərsiniz. Bəzən isə 15 gün duman, yağış olur, daha sonra günəş çıxır. İdeal səfər vaxtı may-sentyabr aylarıdır.

Burada kənardan gələn şəxslərə ev satmırlar. Qara dənizin hər yaylasında yalnız o bölgənin insanlarına torpaq satıb, ev tikməsinə icazə verirlər. Bu, regionun mədəniyyətini qorumaq məqsədi ilə edilir.

Pokut yaylağı Çamlıhemşin rayonundan 16 km məsafədə yerləşir. Bura kirayə götürdüyünüz maşınla, tur şirkətləri ilə, yaylaqdakı qalacağınız qonaqlama mərkəzinin transfer xidməti ilə gedə bilərsiniz. Lakin qonaqlama mərkəzinin transfer xidməti olduqca bahadır, 250 lirəyə (138 AZN) başa gəlir.

Yaylaya piyada da getmək olar. Adətən maşınla olanlar bu istiqamətdə piyada gedənləri avtomobillərinə dəvət edirlər.

Yaylanın yollarına daş töküldüyü görünsə də, az-maz yağışın yağması yolda qalmağınıza səbəb ola bilər. Yolun kənarları isə uçurumdur.

Buraya səfər etdiyiniz zaman azı bir gecə qalmağınız məsləhətdir. Çünki gecənin soyuğunu, günəşin batmasını, səhər təmiz havada oyanmağı, ərazidə yürüşə çıxmağı unutmayacaqsız.

Pokutda 5 qonaqlama mərkəzi var: Dəmirçioğlu otel, Pokut yayla evi, Pokut təbiət qonaq evi, Plato istirahət və yeni açılan Tanevit yayla evi.

Demək olar ki, hamısında qiymətlər eynidir. Sabah və axşam yeməyi daxil gecəsi 120-150 lirə (66-83 AZN) arası dəyişir.

Buradan 15 dəqiqə məsafədə yerləşən Sal yaylasından isə dünyanın ən gözəl qürub mənzərəsini izləyə bilərsiniz.

Pokut yaylasında edilə biləcək ən gözəl şey heç bir şey etməməkdir. Sadəcə, mənzərəyə baxaraq saatlarla vaxt keçirə bilərsiniz. Pokut kiçik yerdir, yaylanın hər qarışını 1 saata dolaşa bilərsiniz.

Tarix
2016.08.29 / 21:09
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla