Yuxarı

Qarabağla bağlı yeni təkliflər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Torpaqların azad olunması prosesi artıq başlamalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. O, hazırkı geosiyasi reallıqda Dağlıq Qarabağ probleminin siyasi gedişatına işıq salıb:

"Dünyada geosiyasi qarşıdurma davam edir. Cənubi Qafqazda və regionun ətrafında hadisələr gərgindir. İlk növbədə Yaxın Şərqi, Türkiyədəki vəziyyəti və münaqişədə iştirak edən Rusiya və Amerikanı nəzərdə tuturam. Digər tərəfdən, Türkiyə kürdlərə və İŞİD-ə hücuma keçib. Belə bir fonda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü gecikir. Müəyyən hadisələr həmişə danışıqlar prosesinə təsirini göstərir. Fikir verin, Ermənistanda da vəziyyət kifayət qədər mürəkkəbdir. Ölkədə Rusiyaya qarşı şüarlar səslənir və rus dilli vətəndaşlar Ermənistanı tərk edir. Bütün bunlar Ermənistanın siyasətində yeni əlamətlərdir. Əgər məsələyə bu kontekstdən yanaşsaq, onda müəyyən şərtlərlə hansısa nəticələri gözləmək olar. Çünki Ermənistanda başa düşürlər ki, vəziyyət sonsuzadək belə qala bilməz. Eyni zamanda, Rusiya da son zamanlar Azərbaycanla yaxınlaşır. Moskva Bakının yeni rolunu çox gözəl dərk edir. Qarabağ danışıqlarının bu kontekstdə aparılması, düşünürəm ki, yeni təkliflərlə müşahidə oluna bilər. Bu təkliflər isə birbaşa Azərbaycanın maraqlarına cavab verməlidir. Yəni şərtsiz, heç bir problemsiz torpaqların azad olunması prosesi artıq başlanılmalıdır".

Tarix
2016.08.30 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla