Yuxarı

Göyçayda maşın toy çadırına girdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, ötən gecə rayonun Bığır kənd sakini Nuhzadə Polad Tofiq oğlu özünə məxsus 10-BC-929 dövlət nömrə nişanlı VAZ-2106 markalı minik avtomobili ilə kənddə toy mərasimi keçirilən həyətə gəlib. Özü toy mağarına daxil olandan sonra həmyerlisi Xəlilov Seymur Asif oğlu onun avtomobilini işə salaraq toy çadırına tərəf hərəkət etdirib.

Hərəkətdə olan maşın çadıra girib. Nəticədə toy mərasimindəki qonaqlardan 5 nəfər avtomobilin altında qalaraq, ağır xəsarət alıb. Onlardan 1992-ci il təvəllüdlü Rəhimov Orxan Agaməhəmməd oğlu, 1991-ci il təvəllüdlü Salmanov Mehman Murad oğlu və 2004-cü il təvəllüdlü Cəfərzadə Emin Ramin oğlu Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Digər iki nəfərinsə müalicə üçün Bakı şəhərinə aparıldığı bildirilir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix
2016.08.30 / 10:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla