Yuxarı

Gədəbəydə sürüşmə: gediş-gəliş kəsildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunun Hacılar kəndi sahəsində torpaq sürüşməsi baş verib.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev Trend bildirirb ki, kənd ərazisində torpaq sürüşməsi iyun ayından başlayıb:

"Son vaxtlar sürüşmə daha da fəallaşıb. Nəticədə Hacılar kəndinin rayon mərkəzi və digər kəndlərlə əlaqəsi kəsilib. Hadisə nəticəsində kəndin 5 hektardan çox biçənək və kartof əkin sahəsi yararsız hala düşüb. Sürüşmə kəndin ərazisində 10 yerdə baş verib. Amma Hacılar kənd dairəsinin Əyridərə kəndi ərazisində baş verən sürüşmə nəticəsində daha böyük çökmə baş verib. Çaykənarı deyilən ərazidəki bəzi evlərdə çatlar əmələ gəlib. Bundan başqa, kəndin yeganə avtomobil yolunun 200 metrdən çox hissəsi çöküb. Hazırda əhalinin gediş-gəlişi dayanıb. Əhali nəinki avtomobil yolu ilə, piyada yolu ilə də hərəkət edə bilmir. Çökmənin eni 30 metr, dərinliyi 5 metr, uzunluğu 50 metrdir".

N.Paşayev bildirib ki, adıçəkilən kənd Ermənistanla sərhədin 1 kilometrliyində yerləşir: "Hazırda həmin ərazidən gəlirəm. Əhali çox əziyyət çəkir. Bu barədə rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciət etmişəm".

Tarix
2016.08.30 / 11:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla