Yuxarı

İlham Əliyev Tokio-2020-yə dəvət olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:32

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-naziri Motome Takisavanı qəbul edib.

Axar.az xəbər verir ki, dövlət başçısı Motome Takisavanın ölkəmizə səfərinin Azərbaycan ilə yaxından tanış olmaq üçün yaxşı imkan yaratdığını, ölkələrimiz arasındakı mövcud dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. İyirmi ildən artıq bir müddət ərzində ölkələrimizin uğurlu əməkdaşlığının həyata keçirildiyini deyən Prezident İlham Əliyev əlaqələrimizin bir çox sahələri əhatə etdiyini vurğulayıb. Ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin mövcud olduğunu qeyd edən dövlətimizin başçısı Yaponiyanın çoxlu sayda şirkətlərinin ölkəmizdə müxtəlif layihələrdə iştirak etdiyini, biznes strukturları arasında əlaqələrin yaxşı perspektivləri olduğunu bildirib.

"Bizim əlaqələrimiz çoxşaxəlidir", - deyən Prezident İlham Əliyev əməkdaşlığımızın bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib, bu səfərin əlaqələrimizin gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından önəmini vurğulayıb.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əlaqələrin yeni mərhələyə qaldırılması üçün əlverişli imkanların olduğu qeyd edildi, neft-qaz, yüksək texnologiyalar, kənd təsərrüfatı, əczaçılıq, təhsil və digər sahələrdə əməkdaşlıq haqqında ətraflı fikir mübadiləsi aparıldı, bu sahələrin yaxşı perspektivləri olduğu bildirilib.

Prezident İlham Əliyevin idmanı qəlbən sevən bir dövlət xadimi olması barədə məlumatlı olduqlarını deyən Motome Takisava Azərbaycanın idman sahəsində əldə etdiyi uğurların maraqla izlənildiyini bildirib. O, birinci Avropa Oyunlarının Bakıda uğurla keçirildiyini vurğulayaraq Azərbaycan Respublikasının Prezidentinə 2020-ci il Tokio Olimpiadasına Yaponiya tərəfinin dəvətini çatdırıb. Qonaq Azərbaycan və Yaponiya idmançılarının Rio-de-Janeyro Olimpiadasında uğurlu nəticələr əldə etməsini məmnunluqla qeyd edib.

Dövlət başçısı 2020-ci il Yay Olimpiya Oyunlarının Tokioda keçirilməsi ilə bağlı təbriklərini çatdırıb və bu tədbirin də yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adelini qəbul edib.

Seyid Məhəmməd Hüseyn Adeli bundan əvvəl Prezident İlham Əliyev ilə keçirdiyi görüşü xatırlayaraq Azərbaycanın Qaz İxrac edən Ölkələrin Forumunda müşahidəçi üzv olmasını məmnunluqla qeyd edib. Qonaq məlumat verib ki, gələn il Boliviyada Qaz İxrac edən Ölkələrin Forumunun sammiti keçiriləcək və Azərbaycan bu tədbirə dəvətlidir.

Dövlət başçısı son illərdə Azərbaycanın energetika sahəsində, o cümlədən qaz yataqlarının işlənilməsində önəmli hadisələrin baş verdiyini vurğulayıb. Bildirilib ki, "Şahdəniz-2" layihəsində işlər uğurla gedir və qarşıdakı illərdə Azərbaycanda qaz hasilatının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Prezident İlham Əliyev qeyd edib ki, yaxın gələcəkdə "Abşeron" layihəsi üzrə qaz istehsalının başlanması gözlənilir. Beləliklə, Azərbaycan gələcəkdə qaz ixracı imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Söhbət zamanı qaz və energetika bazarlarındakı tendensiyalar, Azərbaycanın Qaz İxrac edən Ölkələrin Forumu ilə əməkdaşlığı və bu imkanlardan istifadə etməklə qaz ixracının səmərəliliyinin artırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2016.08.30 / 14:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla