Yuxarı

ANS-dən gedən aparıcı danışdı: "Məqamdır"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ANS telekanalının tanınmış aparıcısı Rahil Sayadoğlunun yeni iş yeri müəyyənləşib.

Ölkə.az-ın məlumatına görə, teleaparıcı bundan sonra Region TV-də fəaliyyətini davam etdirəcək. "Şəbəkə" verilişinin aparıcısı sentyabrdan yeni layihə ilə tamaşaçıların qarşısına çıxacaq.

Xəbəri Region TV-nin sözçüsü İsmayıl Həsənov da təsdiqləyib.

O bildirib ki, Rahil Sayadoğlu ilə bir müddət öncə danışıqlara başlayıblar:

"Bir müddətdir ki, sözügedən aparıcı ilə danışıqlar aparırdıq, artıq razılaşma əldə olunub. Aparıcı yeni mövsümdən etibarən maraqlı bir layihə ilə ekranda olacaq".

Telekanal rəsmisi tanınmış aparıcının yeni layihəsi haqda ətraflı məlumat vermək istəməyib: "Layihənin detalları haqda geniş məlumat vermək istəmirəm, verilişin uğur qazanacağına inanırıq".

İ.Həsənov "başqa transferlər də olacaqmı?" sualını belə cavablandırıb: "Televiziya yenilikləri sevən bir mühitdir. Hər bir telekanal heyətini peşəkarlarla zənginləşdirmək istəyir. Əlbəttə ki, biz də teleməkanın uğurlu sima və imzalarını kanalımızda görmək istəyirik. Zamanla bu yeniliklər barədə məlumatlar verəcəyik".

Musavat.com-a yeni işi barədə açıqlama verən R.Sayadoğlu deyib ki, yeni iş təklifini ANS televiziyası bağlanmamışdan öncə alıb:

"Region TV mənə və iş yoldaşım Nazimə təklif göndərəndə hələ ANS bağlanmamışdı və biz işimizə davam edirdik. Təklifin şərtləri bizi qane etmişdi, amma mövsüm bitmədiyi üçün biz yekun qərar verməmişdik. Amma ümumi ilkin razılıq olmuşdu. İş elə gətirdi ki, ANS bağlandı və biz məlum təklifi dəyərləndirməli olduq. Amma bu keçid bizim ANS-ə olan sevgimizi və hörmətimizi azaltmır. ANS-nin bizə, xüsusilə mənə verdikləri ölçüyəgəlməzdir. Bu telekanal mənə efir tribunası ayırdı. Nə qədər təşəkkür etsəm, yenə də azdır. Amma getmək məqamıdır. Televiziya fəaliyyətimizdə yeni səhifə açırıq".

Tarix
2016.08.30 / 14:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla