Yuxarı

Elnur Aslanovun dostu da Azərbaycandan getdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni medianın tanınmış menecerlərindən olan Elnur Baimov ölkədən gedib.

Axar.az xəbər verir ki, 42 yaşlı menecer ailəsi ilə birgə artıq xeyli müddətdir ABŞ-da yaşayır.

Baimovun Azərbaycanda olan biznesini də ABŞ-a köçürdüyü bildirilir, ancaq iddiaya görə, media layihələrinə dolayısı nəzarəti əlində saxlayır.

Elnur Baimovun artıq ABŞ-da yeni biznesə başladığı da vurğulanır. Onun yaşamağı seçdiyi ölkədə də media işi ilə məşğul olacağı bildirilir.

Elnur Baimov kimdir?

Elnur Şahbaz oğlu Baimov 1974-cü ildə Bakıda riyaziyyatçı ailəsində anadan olub. 1996-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr və hüquq fakültəsini bitirib.

1998-ci ildə İngiltərənin Bristol Universitetində təhsilini davam etdirən Baimov 2002-ci ilə qədər ABŞ, İngiltərə və Rusiyanın bir sıra şirkətlərində çalışıb.

O, 2002-ci ildə "Mbask" şirkətində inzibati işlər üzrə direktor, 2003-2009-cu illərdə "Day.az" xəbər portalının baş redaktoru vəzifəsində çalışıb.

Baimov 2013-cü ilə qədər Prezident Administrasiyasının Siyasi təhlil və İnformasiya Təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanlova məxsus media qurumlarına nəzarət edib. E.Aslanovun kurasiyasında olan saytlar - "Gun.az" və ingilisdilli "Nyus.az" saytları Elnur Baimovun adına rəsmi qeydiyyatda olub. Daha sonra bir çox rusdilli və azərbaycandilli saytları yaradan Baimov o dönəmlərdə nurçu şəbəkəsi üçün təbliğatlar aparması ilə diqqəti çəkib. Lakin 2014-cü ildə E.Aslanov vəzifəsindən azad edildikdən sonra Baimov da təbliğat aparatlarından uzaqlaşdırılıb.

Xatırladaq ki, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra Azərbaycanda da Fətullahçı terror təşkilatına (FETÖ) cinayət işi açılıb. Bu qruplaşma ilə əlaqəli olduğu güman edilən bəzi şəxslər isə ölkəni tərk edib.

Tarix
2016.08.31 / 16:23
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla