Yuxarı

Avtomobil motosikletlə toqquşdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz-Xudat yolunda 1 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, qəza yolun Xaçmazın Həsənqala kəndi ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini 1955-ci il təvəllüdlü Əbülfəz Əmir oğlu Əliyev motosikletlə hərəkətdə olarkən arxadan, hələlik məlum olmayan maşın tərəfindən vurulub. Nəticədə Əbülfəz Əliyev yaralanıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Xəstə ənsə, kürək, sol bazu və dirsək nahiyələrinin əzilməsi diaqnozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağırdır. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Qəzada avtomobili idarə edən şəxs isə xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.09.01 / 00:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla