Yuxarı

Bunlar utanmadan xaricə-zada gedir...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu yaxınlarda bir professor mənə yazısını verdi, oxuyub fikir bildirməyimi istədi. Yazı hələ çap olunmayıb, ona görə də alimin (qəsdən dırnaq içində yazmıram) adını çəkmək istəmirəm. Guya adını çəksəm nə olacaq ki? Onsuz da bu cür insanların sayı-hesabı yoxdur. Özü də ömürləri elə uzundur ki, yaşayıb qurtara bilmirlər. Ən cavanı 79 yaşındadır. Dəhşət də çox danışırlar, imkan vermirlər bir kəlmə də sən ağzını açasan. Elə bilirlər dünya yalnız bunların keçəl başından ibarətdir.

Bu kiçik abzasa fikir verin, həmin o kişinin yazısıdır: "Namiq müəllim (ad şərtidir) mənim çox yaxın dostumdur. O, həyat yoldaşını vaxtsız itirib, bu ağır itkidən sonra bəziləri kimi öz evinin çırağını başqa bir qadının əliylə yanmasına imkan vermədi, bir ömür tək yaşadı, heç vaxt ailə həyatı qurmadı. Bəs çıxış yolu nə idi? Namiq müəllim bu ağır dərdə qalib gəlmək üçün qələmə sarıldı, elmi iş yazdı, müdafiə edib elmlər namizədi adını aldı, dərd onu fəlsəfə doktoru səviyyəsinə qədər yüksəltdi".

Təkrar edirəm, bu yazının müəllifi professordur, universitetlərin birində dərs deyir, göründüyü kimi, haqqında yazdığı adam da professordur, o da hər gün tələbə qarşısına çıxır. Dərdin kimlərisə şair etdiyini eşitmişdim, amma alim elədiyini birinci dəfə gördüm.

Belə insanlarla mübarizə yolu nədir? Yalnız ələ salmaqmı? Hər gün yazırıq, deyirik, başımız dava-qırığından dincəlmir, amma bir xeyri varmı? Əksinə, zaman-zaman özlərinin düşüncəsində və əxlaqında gənclər yetişdirir, cəmiyyətə yeni alim kimi təqdim edirlər, hələ utanmayıb Türkiyəyə-zada da gedib çıxırlar. Bir də görürsən mükafat da alırlar: diplom, orden, medal...

Bu yerdə yadıma məşhur bir misal düşür: alim olmaq asandı, insan olmaq çətin! Aforizmin ikinci hissəsi ilə heç bir işim yoxdur, çünki Azərbaycanda insan olmaq çətindir, tamamilə razıyam. Normal adam olmaq üçün bir ömür dəridən-qabıqdan çıxırsan, axırda da görürsən ki, sən demə, adam deyilsənmiş!..

Görəsən, atalara niyə elə gəlir ki, alim olmaq asandır? Bəlkə hörmətli atalar onu nəzərdə tutur ki, üç min manat verib özünə bir elmi iş yazdıracaq, sonra da bir az pul buraxıb müsbət rəy alacaqsan, müdafiə edəcək və bu yolla alim olacaqsan. Görürsənmi, üst-üstə beş min manata alim olursan, amma bu qədər pula insan olmaq mümkündürmü?

Guya kim bilmir ki, elmimizin arxivi bir-birindən köçürülmüş dissertasiyalarla doludur? Belə bir mühitdə alim olmaq, əlbəttə, asan olacaq. Mən elə adamlar tanıyıram ki, ona-buna yazdığı dissertasiyaların pulu ilə maşın, villa, bağ evi alıb, nə qədər mal-mülk yığıb, oğluna toy eləyib, qız köçürüb, cehiz alıb. Lap axırda dissertasiyanın birini də qızına yazıb, işə düzəldib.

Bəzən görürsən ki, bütün həyatlarının təmin edəndən sonra da başqalarına dissertasiya yazmaqla məşğuldurlar, elə bil vərdiş ediblər. Dissertasiya deyəndə ki, pulla yazdırılan elm nə olacaq? Hamısı arxivdə toz basmaq üçün deyilmi? Bir şey də var. Yazanı başa düşdük, pul alır, bəs yazdıran nə üçün alim olmaq istəyir? Maaşı 50 manat artacaq, ona görəmi?

Teleqraf.com

Tarix
2016.09.10 / 20:38
Müəllif
Kəramət Böyükçöl
Şərhlər
Digər xəbərlər

Mövlud bu sözü deyən kimi hönkürdü...

Ağsaqqalın kitabındakı 3 primitiv səhv

"Alimlərimiz lupanı əlinə alıb, toyuğun dalına düşür ki..."

Türklər Azərbaycanda dövlət qurdular, mərkəzi isə...

Ana, bu, evin gəlinidir, eşşək deyil

Kəbə ətrafında çılpaq dönən qadın Peyğəmbərlə... - Tarixçi

Peyğəmbərin vaxtında hamı lüt gəzirdi, çünki... - Tarixçi

Müəllimə siqaret aldım, bütün qiymətlərimi yazdı

Gördünüzmü sizi söyməkdə nə qədər haqlıyam?!

Əli Kərim dedi ki, Osman Kremlə qusub, mən heç Baksovetə də...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla