Yuxarı

Hüquqi məsələyə folklor janrında yanaşmışıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq İnformasiya və Regional Araşdırmalar İctimai Birliyinin (BİRA) təsis etdiyi İrəvan-2018 Hərəkatının növbəti tədbiri baş tutub.

Qurumdan Axar.az-a verilən məlumata görə, "Ermənistanın etnik təmizləmə və deportasiya siyasəti: beynəlxalq hüquq kontekstində" mövzusunda baş tutan tədbirdə məruzəçi kimi Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov və AMEA İnsan Hüquqları İnstitutunun Milli qanunvericilik və beynəlxalq hüquq şöbəsinin elmi işçisi Qaya Əliyev çıxış ediblər.

Tədbiri giriş sözü ilə açan İrəvan-2018 Hərəkatının sədri Zaur Qəriboğlu bildirib ki, bu gün dünyada deportasiyalar beynəlxalq cinayət kimi qəbul olunur: "Azərbaycan xalqı da bu beynəlxalq cinayətlə zaman-zaman üz-üzə qalıb. Acınacaqlı haldır ki, indiyə qədər bu deportasiyalara beynəlxalq qurumlar tərəfindən heç bir hüquqi qiymət verilməyib".

Daha sonra çıxış edən İrəvan-2018 Hərəkatının sədr müavini Oktay Hacımusalı qeyd edib ki, bu gün dünyanın aparıcı beynəlxalq təşkilatlarının ölkəmizə ikili standartlarla yanaşması bütün sahələrdə özünü göstərir:

Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın hüquqlarının müdafiəsi istiqamətində İrəvan-2018 Hərəkatına tövsiyələrini verərək, bildirib ki, bu gün vətən naminə fəaliyyət göstərən hər bir QHT hərəkata dəstək olmalıdır: "Hüquqi baxımdan deportasiyalara qiymət verərkən, müxtəlif nüansları diqqətə almaq lazımdır. Belə ki, Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın mülkiyyət və vətəndaşlıq hüquqları de-fakto bərpa edilməlidir. Bunun üçün müxtəlif beynəlxalq instansiyalara müraciət edilməli və lazımi sənədlər toplanaraq, həmin müraciətlərin sayı artırılmalıdır. Bu istiqamətdə istər şəxsim, istərsə təşkilatım adından hər cür dəstəyi verə biləcəyimi bəyan edirəm".

AMEA İnsan Hüquqları İnstitutunun Milli qanunvericilik və beynəlxalq hüquq şöbəsinin elmi işçisi Qaya Əliyev məsələnin beynəlxalq hüquq müstəvisində bir predmet kimi həlli yollarına toxunub: "Təbii ki, bu yöndə ikili standartlar mövcuddur. Amma bu, heç də o demək deyil ki, bizlər yerimizdə sakit oturmalıyıq. İndiyə qədər bu haqda danışanların böyük əksəriyyəti məsələyə sırf folklor janrında yanaşıblar. Bəzən isə daha insaflı elm adamları hadisələrə tarixi aspektdən yanaşıblar ki, bu da əslində deportasiya faktının tam həll edilməsi üçün kifayət deyil. Bu yöndə hüquqşünaslar birgə fəaliyyət göstərməli, məsələyə hüquqi qiymət verilməsi istiqamətində toplanan sənədləri incələyib, öz səylərini əsirgəməməlidirlər ".

Tarix
2016.09.17 / 22:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla