Yuxarı

Müsavat: “Əli Kərimli bu məsələdə maraqlı deyil”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Kərimli yaranmış bu yeni və təhlükəli durumda nədənsə müxalifətin birgə fəaliyyətində maraqlı deyil.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Divan üzvü Alya Yaqublu partiyanın 18 sentyabr mitinqində Milli Şura rəhbərliyinin iştirak etməməsinə münasibət bildirərkən deyib. O bildirib ki, Milli Şura bir qurum olaraq artıq fəaliyyət göstərmir, çünki orada qərarları AXCP sədri Əli Kərimli qəbul edir: "Belə olmasaydı, hörmətli Cəmil Həsənli bir gün bir cür, o biri gün başqa cür açıqlama vermək zorunda qalmazdı. O, hər dəfə Müsavatın birgə aksiya təklifinə reaksiya verir, amma sonra bu mövqeyindən geri çəkilməli olur. Mitinqə qatılmamaq məsələsinə gəlincə, cəbhəçilər az sayda da olsa, bizim mitinqdə var idilər. Amma bu, 11 və 17 sentyabr mitinqlərində yüksək səviyyədə təmsil olunmuş Müsavatın əməkdaşlıq jestinə adekvat addım deyildi. Əslində, sürpriz olmadı. Çünki Əli Kərimli yaranmış bu yeni və təhlükəli durumda nədənsə müxalifətin birgə fəaliyyətində maraqlı deyil. Baxmayaraq ki, bunun hakimiyyətin maraqlarına çox uyğun gəldiyini görmək heç çətin deyil".

Tarix
2016.09.19 / 19:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla