Yuxarı

Azərbaycanlı hakimlərə ömürlük cəza verildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Tennis Federasiyası (İTF) 2 azərbaycanlı hakimi cəzalandırıb.

APA-nın məlumatına görə, İTF vəzifəsindən sui-istifadə etdiyi üçün Şirzad Həsənov və Arxip Molotyaqini ömürlük hakimlikdən uzaqlaşdırıb.

İTF bir sıra araşdırmalar apardıqdan sonra onlarla bağlı belə sərt qərar verməyi məqsədəuyğun sayıb. Buna təmsilçilərimizin "Fyuçers" seriyalı turnirlərdəki hərəkətləri səbəb olub.

Hakimlərimiz təxminən 1 il əvvəl İsraildə keçirilən turnir zamanı bir sıra fırıldaqlara əl atıblar. Oyunun gedişində hesabı internetə canlı ötürən ədalət təmsilçiləri dəfələrlə bu addımı yubadıblar. Həsənov və Molotyaqinlə əlbir olan, matç zamanı tribunada əyləşən, həmçinin nəticədən xəbəri olan fırıldaqçılar bukmeker kontorlarında canlı pul qoyuluşu etməklə böyük məbləğdə paralar qazanıblar.

Hakimlərin dəfələrlə bu fırıldaqdan yararlandığı da bildirilir.

Tarix
2016.09.20 / 14:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla