Yuxarı

Həkimlərin şikəst etdiyi çempion idmana qayıtdı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-ın "İnsan taleyi" layihəsinin budəfəki qonağı Paralimpiya çempionu, eyni zamanda 4 qat Avropa və dünya çempionu Gündüz İsmayılovdur.

- Gündüz, idmanda uğurların bir-birini əvəzləyib. Gənc yaşında mühüm rekordlara imza atmısan. Necə oldu, fiziki qüsurlu olduğun halda idmana meyl etdin?

- 1972-ci ildə Bakı şəhərində anadan olmuşam. Özümü dərk edəndən başqa uşaqlarla müqayisədə fiziki qüsurlarımı hiss etmişəm. Atamın, anamın necə əzab çəkdiyinin şahidi olmuşam. Bu bir həkim səhlənkarlığının, savadsızlığının fəsadı idi. 3 yaşım olarkən həkimlərin səhvi nəticəsində iflic olmuşam. Düzgün diaqnoz qoymadan səhv iynə vurublar. O vaxtdan 1-ci qrup əlil kimi yaşayıram. Həkimlər valideynlərimə mənim bu xəstəliklə yaşamayacağımı deyib. Körpə yaddaşımda bu sözlər həkk olunaraq qalıb. Mən çempion olmaq üçün yox, atama, anama övlad itkisini yaşatmamaq üçün idmanla məşğul olmağa başladım.

- Yəqin, sonralar da düşündün ki, niyə daha çox nailiyyətlər əldə etməyim?

- Elədir. Erkən yaşlarımdan özümə söz verdim ki, dünyada ən güclü, ən dözümlü adam olacağam. Oldum da. İdmanın ağır atletika növünü seçdim. İdman mənə həyatın bütün gözəlliyini dərk etdirdi. Sonralar məni müayinə edən həkimlər möcüzə ilə qarşılaşdıqlarını dedilər. Heç kəs inanmırdı ki, iflic olmuş zəif uşaq idmanın ən ağır növlərində özünü sınaya bilər.

- Və beləliklə...

- Beləliklə, 1997-ci ildə beynəlxalq arenalardan ilk uğurlarımın sorağı Vətənə gəldi. Həmin il Avropa və dünya çempionu oldum.

- Demək, bu, başlanğıc idi...

- Hə, ölkədə idmana qayğı çox yüksək idi. İndi daha çox diqqət var. Daha böyük nailiyyətlər əldə etmək lazım idi. Mən özümü buna hazır bilirdim.

- Ümummilli lider Heydər Əliyevlə şəklin var...

- Hə, bu, 2000-ci ildə Sidneydə keçirilən olimpiadaya yola düşərkən çəkilib. O zaman dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyev bizi yola salarkən hər birimizlə ayrıca təmas qurdu. Mənim qolumdan tutdu, xoş sözlər dedi. Ona söz verdim ki, Vətənə çempion kimi dönüb, qələbəmi sizə həsr edəcəyəm. Dediyim kimi də oldu. Sözsüz ki, bu uğurumda mərhum prezidentimizin biz idmançılara olan qayğısı və mənim ona olan rəğbətim əsas rol oynadı. Hər dəfə adım çəkiləndə, "Azərbaycan" deyilib məni yarışa dəvət edəndə gözümün önünə prezidentimizin gülümsər çöhrəsi gəlirdi, ona söz vermişdim və nəyin bahasına olursa-olsun, bu sözü tutmaq istəyirdim. Həmin il həm də dünya rekordunu təzələdim.

- Bir müddət idmandan uzaqlaşdın. Bunun səbəbi nədir?

- Bunun bir çox səbəbləri var. Sadalamaq istəmirəm. Yaşayışım üçün nələrsə etməli idim. 1-ci qrup əlil kimi təqaüdlə dolanıram. İndi özümdə yenidən o gücü tapdım. Prezident İlham Əliyevin də hər bir idmançının şəxsi problemindən tutmuş bütün qayğılarına qədər maraqlanması məni yenidən idmana qaytardı. 2014-cü ildə idmana qayıtdım və bir il sonra, 2015-ci ildə yenidən Avropa çempionu oldum.

- Nədənsə Rio olimpiadasında iştirak etmədiniz.

- Lisenziya əldə etmək üçün yarışlara qatıla bilmədim. Amma söz verirəm ki, növbəti olimpiadada dövlətimizin bayrağını ən yüksək zirvəyə qaldıracaq, himnimizi səsləndirəcəyəm. Bunu həm vətənimizin, həm də prezidentimizin adına edəcəyəm. Cənab Prezidentimiz İlham Əliyev dəfələrlə tədbirlərdə bizim işlərimizlə, səhhətimizlə və başqa problemlərimizlə maraqlanıb. 2015-ci ildə məhz onun qayğı və diqqətindən güc alaraq, Avropa çempionu oldum. Yenə də təəssüf edirəm ki, bəzi problemlərə görə bu dəfə paraolimpiadaya düşə bilmədim.

Tarix
2016.09.20 / 15:21
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla