Yuxarı

Bu xəstəliklər sığorta paketinə daxil edildi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcbari tibbi sığorta paketinə daxil olan xəstəliklərin siyahısı ilə bağlı baza zərfi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev APA-ya bildirib ki, baza zərfinə 1800-dən çox müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir.

Onun sözlərinə görə, bir sıra laboratoriya müayinələri, MRT, KT, rentgen kimi müayinələr tibbi sığorta təminatına daxil ediləcək:

"Terapevtik müalicələrin çox hissəsi icbari tibbi sığorta tərəfindən qarşılanacaq".

Z. Əliyev qeyd edib ki, tibbi sığorta zərfinə cərrahiyə əməliyyatları, müəyyən bahalı əməliyyatlar da daxil edilib:

"Araşdırmalarımızdan məlum oldu ki, ölkə vətəndaşlarının ən çox əziyyət çəkdiyi və daha çox vəsait tələb edən ürək-damar xəstəlikləridir. Ona görə də, beyin anevrizması, periferik damar əməliyyatları, yemək borusu, qapalı və açıq ürək əməliyyatları da sığorta təminatına daxil edilib. Məlum olduğu kimi, bir sıra xəstəliklər - onkoloji, xroniki böyrək çatışmazlığı və şəkərli diabet xəstələrinin müayinə və müalicəsi üzrə dövlət proqramları mövcuddur. Ona görə də bu xəstəliklərin müalicəsi icbari tibbi sığortanın təminat paketinə daxil edilməyib. Gələcək illərdə həmin xəstəliklər üzrə də təminat verməyi nəzərdən keçiririk".

Tarix
2016.09.20 / 17:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla