Yuxarı

Ermənilər bu silahlarını nümayiş etdirdi – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın müstəqilliyinin 25 illiyi münasibətilə İrəvanda parad keçirilib.

Axar.az erməni mətbuatına istinadən xəbər verir ki, paradda ermənilər T-72 tanklarını, tank əleyhinə özüyeriyən qurğular, "Qrad", "Tayfun", VM-80, "Smerç", "Konkurs" reaktiv yaylım atəş sistemləri, "Toçka U", "Skad" taktiki raket komplekslərini nümayiş etdiriblər.

Bundan başqa, S-125, Strela-10, "Buk", S-300 zenit raket kompleksləri də parada çıxarılan texnikalar arasında olub.

Paradda diqqəti çəkən isə "İsgəndər" kompleksidir. Bu kompleksin "İsgəndər"in son versiyası olması barədə (İsgəndər-M) bir neçə gün öncə qeyri-rəsmi xəbər yayılsa da, bugünkü açıqlamada kompleksin dəqiq markası göstərilməyib. Üstü bağlı olduğundan, bu kompleksin hansı model olduğu da bilinmir.

Qeyd edək ki, 200 km-lik hədəfi vurmaq qabiliyyətinə malik İsgəndər-E Rusiyanın ixrac etdiyi silahlar sırasındadır. 2006-cı ildən istehsal olunan və 2007-ci ildə Rusiya ordusunun silahlanmasına qəbul edilən İsgəndər-M isə 500 km-lik hədəfi 100 faiz dəqiqliklə vuran, nüvə başlığı daşıma imkanına malik raketdir.

Rusiya bu silahın ixracına qadağa qoyub və ən yaxın müttəfiqlərinə belə satmır. Ancaq müttəfiq ölkələrində yerləşən Rusiya bazalarında İsgəndər-M yerləşdirilib. Bu raketin Ermənistandakı 102-ci Rusiya hərbi bazasında da olduğu istisna edilmir.

Son məlumata görə, rəsmi açıqlamada yalnız "İsgəndər" olaraq göstərilən kompleksin İsgəndər-M olması barədə mediada yayılan qeyri-səhih informasiya Ermənistan hakimiyyətinin piar cəhdidir. Bununla Sərkisyan hakimiyyəti daxili auditoriyada güvən qazanmağa çalışır.

Tarix
2016.09.21 / 13:01
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla