Yuxarı

Vergilər Nazirliyi bizi arzumuza çatdıra bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyi vergi borcu olan müğənnilərin ölkədən çıxışına qadağa qoyur. Yaxşı xəbərdir. Onların borcları çoxdur, bundan sonra daha da artacaq.

Axar.az xəbər verir ki, bu sözlər Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlunun mövzu ilə bağlı yaydığı açıqlamada əksini tapıb. Vergilər Nazirliyinin vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adlarını açıqlamasına münasibət bildirən tanınmış jurnalist belə getsə, bəzi müğənnilərin başqa sənət tapmağa məcbur olacaqlarını vurğulayıb:

"Vergilər Nazirliyi tarix yaza bilər. Cəmiyyətin manıslaşmasının qarşısını almağa gücümüz çatmırdı. Vergilər Nazirliyi bizi arzumuza çatdıra bilər. Alqışlayaq.

Jurnalistlər Vergilər Nazirliyinin bu addımını təqdir etsə və dəstək versələr, yaxşı olar. Hələ məsələnin ikinci tərəfi də var: büdcəyə xeyli əlavə vəsait daxil olcaq ki, indiki məqamda bu, Azərbaycana çox lazımdır. Məsələn, jurnalist müsabiqədə min manat udur, 3 yerə vergi verir. O jurnalist ki, nəinki villası var, bəlkə də kirayədə yaşayır. Ancaq müğənnilər bütün günü maşınlarını, evlərini, telefon nömrələrini reklam edirlər. Necə olur, onlar təbliğatları üçün KİV-ə, xüsusən də televiziyalara reklam pulu ödəyirlər, dövlətin vergisini vermirlər. Halbuki, mənəvi baxımdan dövlətə vergi vermək vətəndaşın şərəf borcudur. Dövləti biz yaşatmalıyıq".

Tarix
2016.09.21 / 21:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla