Yuxarı

Etiraf etmək istəyirəm ki, “Qəbələ”... - Çikişev

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bizim üçün bu, Avropada debüt oyunu oldu. Əslində, keçən il bu turnirə qatıla bilərdik. Amma feyr-pleylə bağlı oynaya bilmədik.

APA-nın məlumatına görə, bunu "Dinamo"nun 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Sergey Çikişev deyib.

UEFA Gənclər Liqası turnirinin "Çempionlar yolu"nun I mərhələsində "Qəbələ"nin qonağı olan Rusiya təmsilçisi səfərdə 2:0 hesablı qələbə qazanaraq, cavab oyunu öncəsi böyük üstünlük əldə edib.

Matçdan sonra keçirilən mətbuat konfransında Çikişev fikrini bu sözlərlə davam etdirib: "Bu il imkandan yararlana bilib turnirə qatıldıq. Bu gün qalib gəlsək də, deməzdim ki, istədiyimiz kimi çıxış etdik. Çalışacağıq Moskvada daha məzmunlu oyun sərgiləyək. Səfərdə, adətən, səhvlər buraxılır. Amma bu dəfə səhv etmədiyimiz üçün məmnunam. Sevinirəm ki, istədiyimiz nəticəni əldə etdik".

- "Dinamo" illərin komandasıdı. Təcrübə baxımından gənc olan "Qəbələ" sizdə necə təəssürat yaratdı?

- Komandanızın oyununu bəyəndim. Onu da qeyd edim ki, "Qəbələ"nin gözəl infrastrukturu var. Bu, güclü futbolçuların üzə çıxmasına zəmin yaradacaq. Etiraf etmək istəyirəm ki, "Qəbələ" Akademiyasının şəraiti bizimkindən qat-qat üstündü. Bizdə yeni stadionun təmirinə start verilib. "Dinamo"nun əsas komandasının stadionu tikildikdən sonra akademiyanın da təməli qoyulacaq.

- Sizin heyətinizdə Rusiya Premyer Liqasında oynamaq gücündə olan futbolçular varmı?

- "Dinamo"nun əsas komandası ötən il Premyer Liqanı tərk etdi. Bu, klubun tarixində ilk belə hadisə idi. Gənclərimiz isə ardıcıl iki il çempion oldular. Məcbur olduq 12 oyunçumuzu əsas komandaya verək. Mərkəz müdafiəçimiz Kalugin və iki hücumçumuz əsas komanda ilə məşq edir. Onların üzlərini, demək olar ki, görmürəm. Əsas komandamız Rusiyanın ikinci liqasında çıxış edir. Bu o deməkdi ki, bizim ehtiyat komandamız olmadığından, 19 yaşlılarımız özlərindən böyüklərə qarşı çıxış edirlər. Moskvada qalan oyunçularımız var ki, onların yaşı bir qədər çoxdu. 4 futbolçumuz bu oyundan dərhal sonra Belçikaya yollanacaq. Bu üzdən növbəti görüşü buraxacaqlar. Amma "Qəbələ" ilə cavab matçına yetişəcəklər. Təxminən 8-9 oyunçumuz milli komandalarda oynayır.

- 19 yaşlılarınızın özlərindən böyüklərlə oynaması onların xeyrinədi, yoxsa ziyanına?

- Bu, bizim futbolçuların xeyrinədi. Çünki orda təcrübə qazanırlar. O təcrübədən sonra geriyə dönüb gənclərlə oynamağın mənası olmur. Bəzi mənfi cəhətlərinə baxmayaraq, bu amil futbolçularımızın xeyrinədi. Güclənirlər. Orda sərt oyun olsa da, bundan qaçmaq mümkün deyil.

Tarix
2016.09.21 / 21:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla