Yuxarı

Nazir MSK-ya gəldi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar nəzərdə tutulmuş genişmiqyaslı layihələrin həyata keçirilməsi istiqamətində işlər artıq yekunlaşmaq üzrədir.

Axar.az xəbər verir ki, sentyabrın 22-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə MSK-nın inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirərək, veb-kameraların quraşdırılması ilə bağlı son hazırlıq işləri ilə tanış olublar.

Qeyd olunub ki, ölkəmizin həyatında mühüm ictimai-siyasi hadisə olan ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsində şəffaflıq ən mühüm prinsiplərdən biridir. Ölkəmiz müxtəlif çoxsaylı aşkarlıq institutlarının, xüsusilə yerli və beynəlxalq müşahidəçilərin, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələrinin sərbəst fəaliyyət göstərməsi üçün yaradılan geniş və hərtərəfli imkanlar baxımından nümunə ola bilər. Azərbaycanda keçirilən həm seçki, həm də referendumda şəffaflığın beynəlxalq standartlara uyğun, yüksək səviyyədə təmin olunması üçün bütün digər vasitələrlə yanaşı, informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərindən də geniş istifadə olunur ki, bu da prosesləri əvvəldən-axıradək fasiləsiz izləməyə, geniş və hərtərəfli müşahidə aparmağa və beləliklə, aşkarlığın daha dolğun təminatına şərait yaradır.

Azərbaycanda 2008-ci ildən etibarən uğurla tətbiq olunan və seçki məntəqələrinə fiziki baş çəkmədən, internet üzərindən səsvermə prosesini canlı izləmə imkanı verən veb-kameralardan istifadə təcrübəsi bu il keçiriləcək ümumxalq səsverməsində (referendumda) də davam etdirilir. Səsvermə günü seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün kameraların quraşdırılması, tənzimlənməsi və digər texniki parametrlərin daha da təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Səsvermə günü internet istifadəçiləri həm ölkə daxilindən, həm də ölkə xaricindən MSK-nın rəsmi internet səhifəsinə daxil olaraq heç bir qeydiyyat tələb olunmadan səsvermə prosesi, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən birbaşa müşahidə etmək imkanına malik olacaqlar.

Tarix
2016.09.22 / 22:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla