Yuxarı

Rus kanalından referendumla bağlı - Reportaj

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rossiya 24" kanalı Azərbaycanda sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinə (referenduma) hazırlıqla əlaqədar geniş reportaj yayımlayıb.

Axar.az xəbər verir ki, telekanalın əməkdaşı Andrey Şlapnikov Azərbaycanda konstitusiyada dəyişikliklər edilməsi ilə bağlı keçiriləcək referenduma hazırlıq prosesi barədə ətraflı məlumat verib. Paytaxtın seçki məntəqələrinin birində olan jurnalist qeyd edir ki, sentyabrın 26-da səhər saat 08:00-da ölkə ərazisindəki bütün seçki məntəqələri öz qapılarını seçicilərin üzünə açacaq. Vətəndaşlar ölkə xaricində yaradılmış 38 seçki məntəqəsində də səs verə biləcəklər.

Reportajda bildirilir ki, referendumla bağlı 5 milyon bülleten çap olunub. Bülletenlərdə konstitusiya dəyişikliklərlə bağlı 29 təklif yer alıb. Təklif olunan bəndlər arasına bərabərlik, mülkiyyət, vətəndaş hüquqları, şəxsi məlumatların qorunması məsələləri yer alıb. Həmçinin layihədə prezident səlahiyyətlərinin müddətinin 5 ildən 7 ilədək artırılması nəzərdə tutulur.

Kanala müsahibə verən Milli Məclisin deputatı Mixail Zabelin konstitusiyaya dəyişiklik edilməsi zərurətindən danışaraq dövlət başçısı üçün neft-qaz, xüsusilə respublikanın iqtisadi inkişafı ilə bağlı qlobal proqram və layihələri həyata keçirmək, ölkənin yeni infrastrukturunu qurmaq məqsədilə optimal müddətin 7 il olmasının vacibliyini vurğulayıb. O bu müddətin beynəlxalq standartların da parametrlərinə uyğun gəldiyini bildirərək qeyd edir ki, referenduma çıxarılan dəyişikliklər Azərbaycan dövlətçiliyini gücləndirməyə, demokratiyanın daha da inkişafına şərait yaradacaq.

Rusiyalı jurnalist konstitusiyaya prezidentliyə və deputatlığa namizədlər üçün yaş məhdudiyyətinin aradan qaldırılmasının da təklif olunduğunu diqqətə çatdırıb.

Səsverməni yerli və xarici müşahidəçilər, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri izləyəcəklər. Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü İlham Məmmədov kanala müsahibəsində bu barədə ətraflı məlumat verib. Qeyd edib ki, bu günədək MSK-da 117 beynəlxalq müşahidəçi, 11 beynəlxalq kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Beynəlxalq müşahidəçilər MDB ölkələri, Fransa, Böyük Britaniya, Almaniya və digər dövlətləri təmsil edirlər.

Jurnalist şəffaflığın təmin olunması ilə bağlı görülən tədbirlərdən danışaraq bildirir ki, seçki məntəqələrində veb-kameralar quraşdırılıb və şəffaf seçki qutuları qoyulub. Həmçinin hər bir seçici daktiloskopik yoxlamadan keçəcək.

Reportajda məlumat verilir ki, seçki məntəqələri sentyabrın 26-da axşam saat 19:00-da bağlanacaq. Bundan sonra bütün məlumatlar MSK-yə daxil olacaq. Yekun nəticələr isə seçki məntəqələri bağlandıqdan sonra 48 saat ərzində açıqlanacaq.

Tarix
2016.09.22 / 23:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla