Yuxarı

Sürücünü sükanı tutmağından tanı – Test

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siz nə vaxtsa sükanı necə, hansı hərəkətlərlə idarə etdiyinizə fikir vermisiniz?

Axar.az xəbər verir ki, insanların sükanı necə tutması, hansı əlindən və necə istifadə etməsi onun xarakterindən xəbər verir.

Öncə verilən rəsmdə sizə uyğun gələn şəkillərdən birini seçin, sonra isə xarakteriniz haqda oxuyun.

1. Sürücü özünə inamlı, soyuqqanlı, intizamlı biridir. Çox güman ki, kifayət qədər qaradinməzdir və yolda danışmağa sevmir. Lazım olan mənzilə sizi çatdıracaq, amma yolda əyləncəni özünüz yaratmalısınız.

2. Sürücü özünə çox da əmin deyil. Tez-tez qarşısına çıxa biləcək təhlükələr barədə düşünür. Belə sürücülər yolboyu nizamsız manevr və hərəkətlərlə yadda qalır. Yaxşısı, sürücünü söhbətinizlə məşğul etməyin, sonu pis qurtara bilər.

3. Bu tip sürücü olduqca şən və nəzakətlidir. Asanlıqla maşını idarə edir, sərnişinlərlə söhbətin əleyhinə deyil. Yoldakı döngələrə, dəyişmələrə vaxtında reaksiya verir. Maşını şən və təhlükədən uzaq idarə edir.

4. Əllərin belə vəziyyəti sürücünün həddən artıq cəsarətli və inadkar olduğunu göstərir. Ətrafdakı "axmaqlara" həmişə reaksiya verir, hər kəsi danlayır, önündə olan maşınları birmənalı şəkildə ötüb keçməyə çalışır.

5. Bu sürücülər pessimistlərdir. Onlara yolboyu həmsöhbət deyil, dinləyici lazımdır. Çünki bu tip sürücülər bütün yolboyu öz problemlərindən danışmağı sevir.

6. Özünə və təcrübəsinə arxayın olan sürücüdür. O, yolboyu danışmağı da bacarır, susmağı da. Maşını çox yaxşı idarə edir, lakin yerli-yersiz, çox danışmır. Yalnız ətraf boşalandan, tam təhlükəsizlikdə olandan sonra söhbət etməyə başlayır.

7. Bu tip sürücülər xəyalpərəstdir. Onları uzun müddət eyni halda, eyni hərəkətlərlə görmək çətindir. Daim jestlər edir, mimikalarını dəyişir, əlləri ilə nəyisə təsvir etməyə çalışır.

8. Bu tip sürücülər olduqca əsəbidir. Belə sürücü ilə yol getmək ən böyük cəzadır. Ətrafda baş verən hər şeyə reaksiya verir, hamını günahlandırır, pəncərəni açıb digər sürücüləri təhqir edir.

Tarix
2016.09.23 / 01:06
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla