Yuxarı

Türk Silahlı Qüvvələri səsimizə səs verdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəhrəman Nuri Paşanın qəbirüstü abidəsi yüksək səviyyədə abadlaşdırılıb.

Axar.az xəbər verir ki, bu haqda millət vəkili Qənirə Paşayeva yazıb. O, Akif Aşırlı ilə birlikdə bir neçə ay əvvəl İstanbulun Ədirnə Qapı şəhid məzarlığında Nuri Paşanın qəbrini axtardıqlarını qeyd edib:

"Qəbiristanlığa nəzarət edənlər axtardığımızın Nuri Paşa olduğunu bilmirdilər. Yağışlı havada ayaqlarımızı tamam palçıq içində təmizlədik. Nuri Paşanın kolluqda görünməz olan balaca məzar daşını tapdıq. Üstündə, sadəcə, Nuri Killigil yazılmış balaca bir qəbir daşıydı. İkimiz də üzüntü içərisində idik. Çünki bu, ona layiq bir qəbirüstü deyildi. Üzərinə bayraq qoyduq. Uğrunda böyük əziyyətlər çəkdiyi Türkiyə və Azərbaycan bayrağı. O zaman Akif bəylə birlikdə Türkiyə və Azərbaycana çağırış edən bir yazı ilə çıxış etdik və Nuri Paşanın qəbirüstü abidəsini ona layiq şəkildə düzəldilməsinə çağırdıq. Səsimizə səs verənlər oldu. Türk Silahlı Qüvvələri yazıya reaksiya verdi, zəng etdilər. İstanbul Böyükşəhər bələdiyyəsində Ramazan Mindər bəyə isə çoxlu təşəkkür edirik. Dəyərli qardaşımız Mayis Əlizadə və Nuri Paşa kitabının yazarı Atilla Oralla birlikdə Ramazan bəylə görüşdük. Ramazan bəy qısa zamanda qəbirüstü abidənin və ətrafının yüksək səviyyədə düzələcəyini dedi. Sonra birlikdə qəbirüstü abidənin layihəsinə baxdıq, Ramazan bəy təkliflərimizi soruşdu. Biz də bəzi əlavə fikir və təkliflərimizi söylədik. Azərbaycan və Türkiyə bayrağı bərabər dalğalansın diləyimizə isə "başqa cür də ola bilməz" cavabı verildi. Artıq abidə açılışa hazırdır. Abidə üzərində Türkiyə və Azərbaycan bayraqları dalğalanacaq. Akif bəylə aylar əvvəl qəbir üstünə bayraq qoyanda bu günü arzulamışdıq. Ramazan Mindər, Akif Aşırlı, Mayis, Nuri Paşa kitabının yazarı Atilla Oral bəyə və bütün əməyi keçənlərə təşəkkür edirəm. Nur içində yat, qəhrəman Nuri Paşa! Haqqın olan qəbirüstü abidə budur və inanırıq ki, inşallah 28 sentyabrda keçiriləcək açılış da yüksək səviyyədə olacaq və hamımız birlikdə ruhuna dualar oxuyub, sevgi və sayğı ilə səni anacağıq".

Tarix
2016.09.23 / 11:23
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla