Yuxarı

Rus qırıcıları Britaniyaya yaxınlaşdı – Gərginlik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya bombardmançıları Britaniya hava sahəsinə yaxınlaşıb. Qərb hərbi dairələrində "Bləkcək" ləqəbi ilə tanınan "Tupolev 160" bombardmançıları Norveç istiqamətindən Britaniyanın Şetland adalarına gəliblər.

Axar.az BBC-yə istinadən xəbər verir ki, hadisədən dərhal sonra Britaniya Kral Hava Qüvvələrinin iki "Tayfun" qırıcısı Şotlandiyadakı Lusimaus hərbi bazasından havaya qaldırılıb.

Britaniya Müdafiə Nazirliyi rus bombardmançılarının Krallığın hava məkanı yaxınlığından geri qaytarıldığını açıqlayıb.

Qeyd edək ki, ötən il ərzində Rusiya hərbi təyyarələri bir neçə dəfə Birləşmiş Krallığın hava məkanı yaxınlığında görünərək gərginlik yaradıb. Ötən ilin dekabrında Britaniyanın hərbi rəsmiləri Moskvadakı həmkarları ilə bu barədə müzakirələr aparsa da, insident təkrarlanmaqda davam edir.

Ötən ilin sentyabrında keçmiş Rusiya generallarından Yevgeni Bujinski "Teleqraf" nəşrinə açıqlamasında Rusiya uzaqmənzilli nüvə bombardmançılarının Britaniya sərhədi boyunca uçuşlarının casusluq xarakteri daşıdığını etiraf etmişdi.

Tarix
2016.09.23 / 14:03
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla