Yuxarı

Həkimlərdən daha bir dəhşət: 6 yaşlı uşağı… - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində həkim səhlənkarlığına görə ağır vəziyyətə düşən 6 yaşlı Nihada dəstək üçün mətbuat konfransı keçirilib.

Axar.az xəbər verir ki, konfransda Nihadın atası Rəşad Bağırov, anası Elnarə Bağırova, hüquq müdafiəçisi Samir Zeynalov və mətbuat nümayəndələri iştirak edib. Konfransda çıxış edən Samir Zeynalov insanları bu kimi həssas mövzulara diqqətli olmağa çağırıb:

"2014-cü ilin yayında Diaqnoz Tibb Mərkəzində Nihad Bağırov səhvən qoyulan adenoid tonzillit diaqnozu ilə əməliyyat olunub. Bu, bir çox insanın keçirdiyi və səhiyyədə ən təhlükəsiz sayılan əməliyyatlardan biridir. Ancaq əməliyyatdan 9 gün sonra Nihad Bağırovun ağzından və burnundan ifrat dərəcədə qan gəlməyə başlayıb..."

Atası Rəşad Bağırov əlavə edib ki, uşaq həmin gün ölümdən dönüb:

"Qucağımda az qalsın keçinirdi, heç cürə qanı kəsmək mümkün olmurdu. Diaqnoz Tibb Mərkəzində, cərrahiyyə əməliyyatını həyata keçirən həkim Qəmbər Qocayevin yanına apardım, ancaq bu həkim uşağa heç yaxın da durmadı. Heç bir müayinə-filan aparmadan birbaşa sistem köçürdülər".

"Hələ əməliyyat edən həkim Qəmbər Qocayev utanmaz-utanmaz ailəyə deyib ki, uşağınızın 15 gün ömrü qalıb. Alın, aparın. Əgər Bağırovlar ailəsi öz vəsaiti və xeyriyyəçi insanların köməyi ilə övladlarını 73 min manat xərcləyərək Türkiyədə 6 dəfə ağır əməliyyat etdirməsəydilər, bu gün balaca Nihad həyatda olmazdı. Bütün bunlara baxmayaraq, Diaqnoz Tibb Mərkəzindən Nihadın aqibəti ilə heç kim bu 2 ildə maraqlanmayıb. Bizim xahişimiz odur ki, bütün dövlət orqanları bu ailənin həyatının həkim Qəmbər Qocayevin apardığı yanlış əməliyyat nəticəsində məhv olduğunu bilsin və ailəyə dəstək olsunlar", - Samir Zeynalov vurğulayıb.

Tarix
2016.09.23 / 15:32
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla