Yuxarı

“Ayşənin üzünü də görməmişəm” – Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şeir yazmağım hobbidir. Yazmışam, bəstəkarın xoşuna gəlib, musiqi bəstələyib, xanəndəyə təqdim edib.

Axar.az xəbər verir ki, bu sözləri Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov Teleqraf.com-a geniş müsahibəsində yaradıcılığı ilə bağlı danışarkən deyib. O bildirib ki, mahnıya qulaq asıb və çox xoşuna gəlib:

"Öz məhsulu adamın xoşuna gəlir. Özünün əkdiyi ağac bar verəndə bağban, əlbəttə, sevinir. Şeir yeni deyildi, Tahir Əkbərin xoşuna gəlib, mahnı yazıb, Ayşən kimi gözəl xanəndəyə veribsə, buna ancaq şad olmaq olar".

T.Əhmədov şair olmadığını da vurğulayıb:

"Mən şair deyiləm. Xətrini ən çox istədiyim şair dostum Nəriman Həsənzadə ilə söhbət edəndə deyirəm ki, sənin 10 cildliyini görəndə özümə şair deməyə xəcalət çəkirəm. Cızma-qara eləməklə şair olmaq mümkündüsə, onda Azərbaycanda başdan-ayağa hamı şairdir ki... Çünki bizdə şeir yazmayan yoxdur".

T.Əhmədov şeirlərinə yazılan çoxsaylı mahnılardan da danışıb: "Allah rəhmət eləsin, Ramiz Mirişli ilə bir çox mahnılarım var. Rauf Məmmədov, Zamiq Əliyevlə də çox işbirliyimiz olur, Səyyad Əlizadə ilə mahnımız var. Bunlar müzakirədən keçir. Məsələn, Tahir Əkbəri heç yaxından tanımıram, Ayşənin üzünü də görməmişəm, mənə deyəndə baxdım şeir mənimkidir, oxuyub. "Ana" şeiridir, vaxtilə yazmışam. Orada belə bənd var:

Ana əvəzedilməz,

Ana qəlbdən silinməz.

Övlad üzü gülməzsə,

Ananın üzü gülməz.

Bu bir aforizmdir, xalq bayatısına da gedib çıxır. Çox sağ olsun, bəstəkarlar şeirlərimə müraciət edirlər. Yeni Azərbaycan Partiyasında bu gün mən işləyirəm, sabah başqası işləyə bilər, universitetdə bu gün mən dərs deyirəm, necə ki mənə dərs demişdilər, sabah başqası tədris işi aparacaq. Ancaq yaradıcılıq belədir ki, əbədi olaraq qalır. Kimlərinsə yaddaşında yaşayacaq, nəsildən-nəslə ötürüləcək. Mənim nəvələrim gələcəkdə mənimlə fəxr edəcək ki, babamız Heydər Əliyevlə, İlham Əliyevlə bir yerdə işləyib, dövlət quruculuğuna öz bilik və bacarığı ilə töhfə verib".

Tarix
2016.09.23 / 15:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları Qarabağı tərk etməyə başladı

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla