Yuxarı

“Seçkidən sonra çətin olacaq…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hökumətin ölkəni iqtisadi böhrandan çıxarmaq, beynəlxalq münasibətləri yaxşılaşdırmaqla bağlı xüsusi ideyası yoxdur. Seçkilərdən sonra vergi və yığımlar kəskin şəkildə artacaq.

Axar.az xəbər verir ki, bu barədə "Qazeta.ru" saytında dərc olunan məqalədə deyilib.

Yazıda 2017-ci ildə Rusiyada mənzil-kommunal xərclərinin çoxalacağı, işığın, qazın bahalaşacağı, sosial öhdəliklərin azalacağı vurğulanıb:

"Minimal iqtisadi dirçəlişə hər şeyə qənaət etməklə və daha çox xalqın hesabına nail olmaq niyyətindədirlər. Büdcəni planlaşdırarkən Nazirlər Kabineti bu fikrə əsaslanır. Baş nazir Dmitri Medvedev yalnız şüarlar səsləndirir. Halbuki 7 il əvvəl Medvedev istehsalın, nəqliyyatın, enerjidən istifadənin keyfiyyətinə görə Rusiyanı lider ölkəyə çevirəcəyini deyirdi. O, yeni yanacaq növlərinin hazırlanacağını, nüvə texnologiyalarının keyfiyyətinin artırılacağını, ölkəni tibbi avadanlıqların, dərmanların istehsalı üzrə irəli çəkəcəklərini, Rusiyanın yeni informasiya texnologiyalarından istifadə edərək qlobal informasiya şəbəkəsinə təsir edəcəyini deyirdi. Bu ideyaların heç biri reallaşmadı.

Medvedev yeni məqaləsində neftin qiymətinin Rusiyanın düşmənləri arasındakı siyasi razılaşmaya əsasən düşdüyünə işarə edir və elə danışır ki, guya iqtisadçılar neftin həmişə 100 dollar olmayacağını deməmişdilər. Ən başlıcası isə odur ki, nazir hökumətin istiqamətini göstərərək, siyasətin iqtisadiyyatdan, təhlükəsizliyin rifahdan vacib olduğunu vurğulamağa çalışır.

Hazırda Rusiya rəsmiləri ölkənin sanksiyalara tab gətirməsindən fəxrlə danışır, Rusiya iqtisadiyyatının parça-parça olduğunu deyən Obamaya istehza edirlər. Amma nəzərə almırlar ki, qərb siyasətçisi üçün əhalinin gəlirlərinin 7% düşməsi elə iqtisadiyyatın param-parça olması deməkdir.

Hökumətdəkilərə böhrana davam gətirmələri ilə qürrələnməyə imkan verən əsas amil rus xalqının həyat səviyyəsinin pisləşməsinə daha etiraz aksiyaları ilə deyil, "bundan da pis ola bilərdi" deyərək reaksiya verməsidir. Ona görə də, iqtisadiyyatın bu dönəmini xalqdan pul qopartmaq hesabına keçməkdən başqa yol görünmür. Büdcə strategiyasının müəllifləri bilirlər ki, sanksiyalar yaxın 3 il ərzində ləğv olunmayacaq.

Beləliklə, Rusiya hökumətinin yaxın gələcək üçün nəzərdə tutduğu strategiya vəziyyəti prezident seçkilərinə qədər uzatmaq, xalqı çox qıcıqlandırmamaqdan ibarətdir. Yəni seçkiyə qədər sakitlik ola bilər, ancaq seçkidən sonra çətin olacaq. Əhali bunu nəzərə almalı, planlarını buna görə qurmalıdır. Qarşıda bir il var, əlbəttə, əgər prezident seçkilərini vaxtından əvvəl keçirmək qərarına gəlməsələr... "

Tarix
2016.09.23 / 17:27
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla