Yuxarı

Azərbaycanı “İsgəndər"lərdən bu raketlər qoruyacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan öz ərazisini İsrailin müasir hava hücumundan müdafiə sistemləri ilə etibarlı şəkildə qoruya bilər.

Axar.az xəbər verir ki, bunu "Haqqin.az" saytına açıqlamasında İsrailin Rusiyadakı eks-səfiri Tsvi Maqen söyləyib. Onun sözlərinə görə, İsrailin hava hücumundan müdafiə sistemləri ən uzaq məsafədə havadan gələn təhdidləri məhv etməyə qadirdir

"Buraya "İsgəndər" raketləri, pilotsuz təyyarələr və hətta minaatan mərmilər də aiddir. Hərbi əməkdaşlıq çərçivəsində Azərbaycan öz müdafiəsini müasir İsrail sistemləri ilə təmin edə bilər. Məsələn, "Sehrli çubuq" sistemi ballistik raketləri uzaq məsafədə tapıb, məhv etmək gücündədir. İsrail Azərbaycanın özünə ünvanlanan raketlərdən etibarlı müdafiə axtarmaq cəhdini anlayışla qarşılayır. İsrail özü də tez-tez raket zərbələrinə məruz qalır və buna görə də öz raketdən müdafiə sistemlərini təkmilləşdirməyə məcburdur".

Xatırladaq ki, Ermənistanın formal müstəqilliyinin 25 illiyi ilə bağlı İrəvanda keçirilən hərbi paradda "İsgəndər" raket kompleksi nümayiş olunub. Bu raketlərin Ermənistandakı Rusiya hərbi bazasına məxsus olması barədə ciddi şübhələr var.

Azərbaycan XİN bu addımı təxribat adlandırıb.

Tarix
2016.09.24 / 13:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla